Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hərracda ev alana "Lomborghini" hədiyyə edilir

Xaricdə keçirilən hərraclarla bağlı qanunun icrası maraqlı bir surprizlə nəticələnib. Belə ki, qanunlara əsasən, hərrac vasitəsilə ev alan zaman, almadan öncə evin içərisinə girib gəzməyə icazə verilmir. 

Mynews.az-ın SİA-ya istinadən verdiyi xəbərə görə, hərrac vasitəsilə ev alan adamın bu qanun sayəsində həyatı dəyişib.

Belə ki, evin yeni sahibi içərisinə girib gəzməsə də, çöldən baxış keçirmişdi. Qaraja baxan ev sahibi içəridə maraqlı bir kölgə görsə də, bunun nə olduğunu ayırd edə bilməyib. Evi aldıqdan sonra məlum olub ki, qarajdakı kölgə klassik "Lomborghini"yə məxsusdur. Evin yeni sahibi heyrətlə gözdən keçirdiyi tozlu avtomobili təmir üçün ustaya aparıb və bir neçə gün sonra "Lomborghini" cazibədar görüntüsünü yenidən qazanıb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...