Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyaca məşhur "Feliçita" mahnısını dəyişib Qarabağa həsr etdilər - VİDEO

Azərbaycanlılar məşhur italyan mahnısını fərqli sözlərlə yenidən arajiman ediblər.

Milli.Az xəbər verir ki, azərbaycanlı virtuozlar Ağdamın "Qarabağ" futbol komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda İtaliyanın "Roma" komandası ilə keçiriləcək oyunundan öncə maraqlı addım atıblar.



Belə ki, Youtube video portalında vaxtilə məşhur italyan müğənniləri Al Bano və Romina Pauerin ifasında populyarlıq qazanmış "Feliçita" mahnısının sözləri dəyişmiş variantında yeni video klip yayılıb. Sözləri dəyişmiş mahnının nəqarətini bu dəfə "Qarabağım" sözü təşkil edir.



Qeyd edək ki, Sənan Nağı adlı şəxs tərəfindən video portala yerləşdirilmiş klipdə mahnını kimin ifa etdiyi və sözlərinin müəllifi barədə dəqiq məlumat yoxdur. 

"Feliçita"nın "Qarabağım" versiyası aşağıdakı sözlərlə oxunur: 

Qarabağım!
Varlığım mənim, həyatım mənim - Qarabağım!
Səninlə sevginlə fırlanır dünya - Qarabağım!
Sənin üçün yaradıb sənin üçün yaşayıram,
Qarabağım, Qarabağım!!!

İlhamım mənim, sevincim mənim - Qarabağım!
Həyat səninlə al-əlvandır - Qarabağım!
Sənin sevdanla açılır səhərim Qarabağım,
Qarabağım, Qarabağım!!!
 
Cənnətin özü, dünyanın gözü - Qarabağım!
Sirin sözüm, gülən üzüm - Qarabağım!
Aşiqəm sənə, eşqim mənim Qarabağım, Qarabağım!

Qurban adına, kürən atına, İsa bulağına,
Güllərin gözəli Xarı bülbülünə.
Cahan gözəl üzük, sənsə o üzüyün mirvarisi
Sən Vətənlər Vətəni - Qarabağım!

Mynews.az "Feliçita"nın "Qarabağım" variantlı həmin video klipini təqdim edir:   

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...