Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qadınlar “yox” deyəndə, əslində “hə” demək istəyirlər" - Hakimdən qalmaqallı qərar

Hindistanda təcavüz iddiası ilə bağlı hakimin qərarı ölkədə qalmaqala səbəb olub.

Mynews.az xarici mediaya istinadən xəbər verir ki, Mahmod Farooqi adlı rejissor ötən il Dehlidə bir tələbəyə təcavüz etməkdə ittiham edilib və ona 7 il həbs cəzası verilib.

Təcavüzə məruz qaldığını deyən qadın məhkəmədə çıxışında bildirib ki, içki içəndən sonra M.Farooqinin onun paltarlarını soyundurmasına mane olmağa çalışıb, rejissor isə onun əlini tutub, dəfələrlə etiraz edib, “yox” desə də, onu dinləməyib.

M.Farooqinin hüquqlarını müdafiə edən vəkil isə qadının dediklərini rədd edib. M.Farooqinin qadının etiraz etməsinin fərqində olmadığını deyib.

Hakim Asutoş Kumar isə hökm verərkən “Qadınların “yox” deyərkən, əslində “hə” demək istəyirlər, bunun nümunələri az deyil” ifadəsini işlədib və rejissora bəraət verib. Ölkənin qadın hüquqları müdafiəçiləri isə məhkəmə qərarına etiraz edib. Bu qərarın ölkədə qadın haqları məsələlərini daha da çətinləşdirəcəyini bildiriblər.(publika.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...