Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qadın özünə ərə getdi - FOTOLAR

Onu gözləməkdən usandım. Ərə getmək, ailə qurmaq istəyirdim. Ona görə də özümə toy etdim.

40 yaşlı italyan fitnes təlimatçısı Laura Mesi unikal toy edib. Toyda bəy yoxdu. Daha doğrusu, Laura Mesi özünə ərə gedib.

Mynews.az Milli.Az-a istinadən bildirir ki, İtaliyanın Lombardiya vilayətindəki Lisson şəhərindəki toy mərasiminə L. Mesi 11400 avro sərf edib. 70 qonağın dəvət olunduğu toyda nikah mərasimi olmayıb, çünki İtaliya qanunvericiliyinə görə, hər hansı şəxsin özü ilə ailə qurması mümkün deyil.

Toydan sonra Misirə "bal ayı"na yollanmış Laura Mesinin sözlərinə görə, sevgilisi Malkolm Praydın evlənmə təklifini tam 12 il gözləyib.

"20 il sevgili olduq, onun mənə nə zaman evlənəmə təklifi  edəcəyini səbirsizliklə gözlədim, amma olmadı. Cənab Raytın bu təklifi etməyəcəyini anlayanda onunla bütün münasibətləri kəsdim", - Laura Mesi deyib.

Lauranın sözlərinə görə, Raytla 12 il davam edən münasibətlərini  iki il əvvəl kəsib: "Özümə söz verdim ki, 40 yaşıma qədər ərə getməsəm, özüm özümlə ailə quracağam. Ailə səadətini yaşayacağım insanı gözlədim, lakin gözləntim nəticəsiz oldu. Mən də özümə ərə getməyə qərar verdim".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...