Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gündə 8 dollar xərcləməklə 50 ölkəni gəzdilər - FOTOLAR

Biz elə düşünürük ki, səyahət etmək üçün çoxlu pul lazımdır. Adətən büdcəmizə uyğun olaraq ölkənin ən yaxın mənzərəli yerlərinə üz tuturuq. Ancaq polşalı Karol və Aleksandra Levandovski cütlüyü hər şeyin puldan asılı olmadığını göstərməyə çalışıb. 6 il ərzində 5 qitəni dolaşan cütlük 50 ölkədə olub və getdiyi yerlərdə cəmi-cümlətanı 8 dollar xərcləyib.
 
Publika.az xəbər verir ki, 6 il əvvəl dünyanı gəzməyi qarşısına məqsəd qoyan Levandovski ailəsi bir çox ölkəyə səyahət etməklə 150 min kilometrdən çox məsafə qət etdi.
 
Yolboyu açıqca sataraq pul da qazanan cütlük gecələməyə də pul xərcləməyib. Əsasən düşərgələrdə və ya sahildə, meşədə, dağlarda çadır quraraq gecələyiblər. Bir sözlə, onlar səyahət boyu gündə cəmi 8 dollar pul xərcləyiblər. əsas xərcləri də benzinə çıxıb. Yemək məsələsində də qənaətcil davranan Levandovskilər marketdən ərzaq alaraq, yeməyi özləri hazırlayıblar.

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...