Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mumiyalar, tanrılar, qaçqınlar - ən qəribə şou - VİDEO

Fransanın paytaxtı Parisdə keçirilən "Paris Fashion Week" moda şousunda məşhur amerikalı dizayner Rik Ouen yeni kolleksiyasını təqdim edib.

Mynews.az Fashion-a istinadən bildirir ki, 55 yaşlı ekssentrik dizayner və modelyerin kolleksiyası sanki friklər toplantısı idi.

O, kolleksiyasını "Mumiyalar, tanrılar və qaçqınlar" adlandırıb.

Ouenin dediyinə, kolleksiyası ABŞ-dakı aktual hadisələrin aynasıdır: "Nümayişlər, etiraz aksiyaları, Donald Trampın seçilməsindən sonrakı bu xaos məni narahat edir. İnsanları bu mənasız işləri  dayandırmağa, enerjilərini müsbət məcraya yönəltməyə çağırıram".

Kolleksiya dizaynerə xas üslubda idi. Assimetrik biçim, oversayz, printlərin və parlaq rənglərin yoxluğu...

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...