Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyanın bir ucundan digərinə dəqiqələr içində səyahət etmək mümkün olacaq - FOTO

“SpaceX” və “Tesla” kimi nəhəng texnologiya şirkətlərinin sahibi Elon Mask kod adı "Big F...... Rocket" (Büyük S…. Raket) olan bir layihəni ictimaiyyətə təqdim edib.

Publika.az xəbər verir ki, bu layihədə analoqu olmayan kosmik gəminin istehsalı nəzərdə tutulub.

Bu gəmi vasitəsilə Yer planetində yerləşən hər hansı iki nöqtə arasındakı uçuş 1 saatdan da az bir zamanla gerçəkləşdirilə bilər.

Buna örnək olaraq London ilə Nyu-York arasındakı məsafənin 29 dəqiqəyə qət ediləcəyi göstərilib. Sözügedən kosmik gəmi ilə səyahət etmək hər kəsin cibinə uyğun şəkildə olacaq.

Layihənin sahibi yeni texnoloji avadanlıq sayəsində Marsda koloniya qurmaq, Ayda baza inşa etməyin mümkün olacağını qeyd edib.

"Big F..... Rocket" adlı kosmik gəminin ilk uçuşunun 2022-ci ildə həyata keçiriləcəyi planlaşdırılır. Kosmik gəminin inşasına gələn il start veriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...