Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

15 ildir “Bu nömrəyə zəng çatmır” deyən xanım üzə çıxdı - VİDEO

15 ildir səsini tanıyıb sevdiyimiz və abonentə zəng çatmayanda, “Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsindədir” deyən xanımın siması ilk dəfə görüntülənib.

Mynews.az “Axar.az”a istinadən xəbər verir ki, “Azercell” mobil operatorunun avtocavablarını səsləndirən xanımın “Facebook” sosial şəbəkəsində maraqlı videosu paylaşılıb.

“Facebook” istifadəçilərinin paylaşdığı videoda adı Seva kimi təqdim edilən xanım “bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir” sözlərini deyir.

Qeyd edək ki, bu xanım 15 ildir fəaliyyət göstərən “Azercell”in avtocavaba qoyulan mesajını səsləndirən ilk xanımdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...