Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nəhəng pitona qalib gəldi - VİDEO

İndoneziyanın Riau vilayətindəki palma plantasiyasında gözətçi işləyən 37 yaşlı Robert Nababan axşam saatlarında mopeddə işdən evə qayıdırdı.

Mynews.az Daily Mail-ə istinadən bildirir ki, o, küçənin ortasında nəhəng piton görüb. 7 metr uzunluğunda ilan yolu kəsmişdi.

Nababan pitonu qovmağa çalışanda ilan qəzəblənib və dişlərini onun qoluna keçirib.

Robert Nababan özünü itirməyib, həyatı uğrunda mübarizəyə başlayıb.

Ağır yaralar almasıüna rəğmən o, ilana qalib gələ bilib.

Yaralı Nababanı yerli hospitala aparıblar.

Bu ilin mart ayında İndoneziyanın Qərbi Sulavesi vilayətində nəhəng piton kəndlini boğaraq udmuşdu.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...