Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Öpüşməyin daha bir faydası tapıldı - o virusa qarşı qoruyur

İngiltərədə aparılan araşdırmaya görə, öpüşmək sadəcə romantika, istəklə bağlı deyilmiş.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, İngiltərədəki Leeds Universitetində aparılan araşdırmanın nəticəsində öpüşməyin insan sağlamlığı üçün daha bir faydası ortaya çıxıb.
 
İngilis araşdırmaçılara görə, öpüşmək xüsusilə hamiləlikdə təhlükəli olan bir bakteriyanın kişidən qadına keçməsinə səbəb olur. Tüpürcək içində gizlənən bu bakteriya - stomoqlabinavirus normal dönəmdə ciddi bir problemə səbəb olmur. Ancaq qadınlarda hamiləlik dönəmində təhlükə yaradır. Doğulmamış uşaqların ölümünə, ya da uşaqda karlıq kimi qalıcı problemlərə səbəb olur.
 
Mikrobun yayılmasına səbəb olan öpüşmə bir yandan da bakteriyalara qarşı immunitet qazandırır. Uzun müddət eyni insanla öpüşdükdə stomoqlabinavirusun yaratdığı təsirlərə qarşı immunitet yaranır.
 
Qısa bir öpüş sırasında qadına çox kiçik miqdarda bakteriya keçir. Ancaq öpüşmə uzandıqca qadın orqanizmi bu mikroba qarşı immunitet qazanır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...