Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yaşamaq uğrunda mübarizə - Manqust ilana aman vermədi - VİDEO

Cənubi Afrika Respublikasında yerləşən dünyanın ən böyük təbii heyvanat parklarından birinə ekskursiyaya çıxan turistlər maraqlı mənzərə ilə qarşılaşıblar.

Kryuqer parkında onlar manqustla ilanın sağ qalmaq uğrunda mübarizəsinin canlı şahidi olublar. Canını yırtıcı heyvandan qurtarmağa çalışan sürünən nicat yolunu ağaca dırmaşmaqda görsə də, bu işə yaramayıb. Ağacdan asılı qalan ilanı dişləri ilə tutan manqust sanki yelləncək kimi yellənməyə başlayıb. Yaşananların sonu isə məlumdur.

Qeyd edək ki, Kryuqer parkına gələn turistlər tez-tez maraqlı hadisələrin şahidi olur. Buna qədər babuinin giyenə hücum etməsini lentə alan ziyarətçilər daha sonra iki begemotun timsahdan can qurtarmağa çalışan antilopa yardım etməsini öz gözləri ilə görüblər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...