Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

70 il bağlı qalan evin qapısını açdılar - BÖYÜK SİRR ORTAYA ÇIXDI - VİDEO

Mynews.az xəbər verir ki, "Demədi Demə" yutub kanalının hazırladığı bu videoda 70 il qapısı açılmayan bir mənzildən danışılıb.

70 il qapısı bağlı qalan bir evdən toz və köhnə əşyalardan başqa nə çıxa bilər ki? 1939-cu il idi. İkinci Dünya müharibəsi bir anda başladı. Paris sakini madam Flariana müharibə qorxusu ilə evini tərk edib başqa yerə köçdü.

Yəqin ki, De Flroiana gedərkən evinin qapısını qıfıllayanda özü də 70 il bu qapının açılmayacağına inanmazdı. İllərlə evin rüsumunu poçtla göndərərək ödədi. 2010-cu ildə madam Floriana 91 yaşında vəfat etdi. Qadının vəkili yalnız bu zaman Parisdəki ev haqqında varisləri məlumatlandırdı. Varislər Parisə gələrək evi hərrac yolu satmaq istədiklərini elan etdilər. Hərrac şirkətinin nümayəndələri evə gələndə mat qaldılar. Ev ötən əsrin əvvəllərində dəbdə olan mebellərlə dolu idi. Mətbəxdə hazırda qiyməti həddindən artıq baha olan büllur qablar vardı. Evdə bahalı tablolar da gözə dəyirdi. Onların arasında ən qiymətlisi çəhrayı geyimli qadının tablosu idi.

Araşdırmalardan sonra tablonun müəllifi məlum oldu. Bu, məhşur İtaliya rəssamı Giovanni Baldini idi. Evdə rəsmin qoyulduğu yerdən köhnə sevgi məktubları da tapıldı. Məlum oldu ki, bu məktublar Boldini tərəfindən De Floriananın nənəsinə yazılıb. Floriananın nənəsinin Boldininin ilham mənbəyi və gizli sevgilisi olduğu da artıq sirr kimi qalmadı. Çünki, rəssam başqası ilə evliydi. Tarixli tablo hərracda 3 milyon dollara satıldı. Beləcə, 70 il bağlı qalan qapı açılınca çox sirrlər işıqlandı. Qaranlıq qalan tək məqam isə budu: 70 il boyunca De Floriana yaşamadığı bir evin rüsumunu niyə ödədi?

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...