Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda "Ferrari" istehsal olundu - həm də çox ucuz - VİDEO - FOTOLAR

Azərbaycanlı gənc boş vaxtlarını avtomobil yığmaqla keçirir. Onun yığdığı avtomobillər məşhur dünya brendi olan "Ferrari" markasının "Formula" və "Lotos" avtomobilləridir. 

Mynews.az Sputnik.az-a istinadən xəbər verir ki, Sübhan Sadıqov Azərbaycan Texniki Universitetini bitirib. Konstruksiya işlərinə marağı onu avtomobil yığmağa gətirib-çıxarıb. Və gənc ilk avtomobilini - "Ferrari" markasından olan "Formula" avtomobilini yığıb.

"Formula" avtomobilini 2011-ci ildə yığmağa başlayıb və 2014-cü ildə bitirib. Avtomobilin yığılmasının ona 18 min manata başa gəldiyini bildirən Sübhan 2015-ci ildən yeni bir avtomobil üzərində işləyib. Bu dəfə tanıdığı insanlardan biri ona maliyyə dəstəyi olub.

İkinci avtomobil 7 min manata başa gəlib: "İkinci avtomobili bir il müddətinə yığdım. Avtomobilləri satmaq istəsəm də, sənədləri olmadığı üçün sata bilmirəm. Ara-sıra reklam şirkətləri reklam çəkilişləri üçün müraciət edir. Avtomobilə çəkdiyim xərcin 1/4-ni çıxara bilmişəm. "Formula"nı 35 min manata, "Lotos"u isə 18 min manata saytlara satışa qoymuşam. Maraqlanan çoxdur, amma alan yoxdur".

S.Sadıqov bildirir ki, hazırda avtomobillər benzin mühərriki ilə çalışır. Amma o istəyir ki, elektriklə işləyən mühərrik düzəltsin: "Avtomobilləri sırf Tesla kimi yığmaq istərdim. Amma bunun üçün ən azı 12 min manat pula ehtiyac var. Hazırda "Formula"ya "BMW" mühərriki qoymuşam. Avtomobil 120 at gücündədir, mühərrikin gücü 1800-dür. Orijinalı 700 at gücündədir".

DYP-yə avtomobillərə sənəd almaq üçün müraciət edən Sübhan deyir ki, avtomobillər "Sport" olduğundan, onlara sənəd verilmir: "Formula" ilə şəhərə çıxmıram. Amma "Lotos"la çıxmışam. Polislər saxlayır, maraqlanırlar. Biləndə ki, özüm düzəltmişəm, cərimə yazmırlar. Onlara da maraqlı gəlir".

Sübhanın sözlərinə görə, hazırda ancaq avtomobildən reklam çəkilişləri zamanı gəlir əldə edir. Belə ki, reklam şirkətlərindən biri ona 1 aylıq kirayə üçün 4 min manat verib. Elə Sübhanın da istəyi odur ki, avtomobili reklam çəkilişləri üçün istifadəyə verib, gəlir əldə etsin. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...