Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu qadınların var olduğuna inanmayacaqsınız - VİDEO

1. Jyotı Amge. Dünyanın ən balacaboy qadınıdır. Az qala bir butulka şüşəsi boydadır. Boyu 70 sm-dir. Bədən quruluşunun düzgünlüyü və simmetrikliyi onun yeganə şansı sayıla bilər. Əksərən, bu cür xəstələr müxtəlif bədən üzvlərinin şikəstliyindən də əziyyət çəkirlər.

2. Erika Ervin. Boyu 2 m 3 sm-dir. Modelliklə şöhrət qazanıb. Bir çox məhşur jurnalların üz qabığına çəkilib. Uşaqlığında boyunu və çəkisini özünə dərd edib. Bunun üçün də arıqlamaq üçün çox çalışıb. Ölümlə üz-üzə gəldiyi anlar da olub. Bundan sonra arıqlamaq ehtirasından əl çəkib. Hazırda Erika bədəninin gözəlliyini qorumaq istəyənlərə tövsiyələr verir. Amerikan serialı “Horror story”də kamera qarşısına keçib.

3. Cathie Jung. Dünyada ən incə belli qadındır. 12 ildir bir an da korsetini çıxarmayıb. Belinin ölçüsü 38 sm-dir. Ləqəbi “Kuboklar qızı”dır. Ginnesin Rekordlar Kitabı`na daxil olub.

4. Asha Mandela. Saçının uzunluğu 5 m 80 sm-dir. 2008-ci ildə uzun saçına görə dünya rekordını qırıb. 25 il əvvəl həkimlər onda xərçəng xəstəliyi olduğunu deyiblər. O gündən bəri də Asha saçını uzadıb. Xəstəliyinə görə davamlı kimyaterapiya alır. Lakin, saçı tökülmür. Daim saçını əlində daşıyır.

5. Mikel Ruffinelli. Bir vaxtlar onun boyu 1 m 60 sm, çəkisi 80 kq idi. İlk uşağını dünyaya gətirəndən sonra çəkisi 25 kq artdı. çanaq sümüyü genişlənməyə başladı. Hazırda onun çanaq sümüyünün eni 2 m 43 sm-ə bərabərdir. Belinin ölçüsü 1 m-dir. Rekordunu qorumaq üçün bir gündə 5000 kalori qəbul edir.

6. Aneta Florczyk. Dünyanın ən güclü qadınıdır. Bu adı dəfələrlə bütün rəqiblərini arxada qoyaraq qazanıb. 1982-ci ildə Polşada anadan olub. Aktyorluq sahəsində də özünü sınayıb. Normal bir gənc kişini başının üstünə qaldıra bilir.

7. Julia Gnuse. 35 yaşına qədər adi, normal həyatını yaşayıb. Bir gün porfiri adlı dəri xəstəliyinə tutulur. Bu xəstəlik zamanı insan dərisi günəş şüası dəyən kimi qabarır. Belə qabartılar zamanla Julia`nın bütün bədənini bürüyür. Bir dostu ona dərisinə döymə etdirməyi tövsiyə edir. Günəş işığı altında normal gəzmək üçün o da bədəninin 95%-ni döymə etdirir. Və bu sahədə dünya rekordı qırır.

8. Mandy Sellars. Onun genetik xəstəliyi var. Ayaqları yaşına nisbətən daha tez böyüyür. 7 yaşında həkimlər ayağının birini kəsməyi məsləhət bildi. Anası bunu qəbul etmədi. Hazırda xüsusi hazırlanan ayaqqabılar geyinir. Xəstəliyi daim irəliləyir. 2010-cu ildə ayağının birini kəsdirdi. Lakin ayağı yenə böyüməkdədir. 9. Maria Cristerna. O, bütün dünyaya öz gücünü göstərmək istəyib. Illərlə öz evində ailədaxili zorakılığa məruz qalıb. Sonra bədəninə döymələr və implantlar etdirib. Ləqəbi “Drakon lady”- yəni, “Əjdaha qadın”dır. İxtisasca vəkildir. Hazırda ailədaxili zorakılığa məruz qalan bir çox qadın onu öz vəkili görmək arzusundadır. 10. Beshine. Mariya Hills adıyla da tanınır. Almaniyada modelliklə məşğuldur. Dünyanın ən böyük sinəsinə malikdir. Bu sinəyə sahib olmaq üçün silikon istifadə etdiyini gizlətmir. Müsahibələrindən birində deyib ki: “Elə bil sinəmdə uşaq gəzdirirəm”. Davamlı silikondan istifadə etməklə sin’sinin ölçüsünü 16 kiloya çatdırıb. Ətrafdakıların maraqlı baxışları onu məmnun edir. Tək problemi özünə uyğun paltar tapa bilməməsidi

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...