Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda futbol zamanı maraqlı hadisə - Meydana it girdi-FOTO

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" matçında gözlənilməz hadisə baş verib.

Metbuat.az bildirir ki, 41-ci dəqiqədə meydana it girib.

Bu, "Neftçi"nin hesabı açdığı ana təsadüf edib. Ruslan Abışovun fərqlənməsindən sonra qonaq komandanın futbolçuları qol sevincini yaşadıqları vaxt it sürətlə onların yanından ötüb. İt meydanın "Neftçi"yə aid hissəsinə tərəf qaçaraq, bir müddət dolaşdıqdan sonra meydanı tərk edib.

Qeyd edək ki, ilk yarıdan sonra qonaqlar öndədir - 1:0.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...