Ərdoğan Bakıda Azərbaycan dilində atalar sözü dedi, hər kəs alqışladı

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilir.
Mynews.az-ın məlumatına görə, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan dilində atalar sözü deməsi alqışlarla qarşılanıb.
Ərdoğan azərbaycanlıların məşhur bir atalar sözünü söyləyib: "Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir". Bu söz mərasimdə iştirak edənlərin böyük marağına səbəb olub.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak edirlər.
Maraqlı
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
- Günahı biraz da özümüzdə axtaraq - VİDEO
- Bloqer üzdəki qoruyucu maskanı gizlətməyin yolunu tapdı - VİDEO
- DİQQƏT! Quranda olan bu adları uşaqlara QOYMAQ OLMAZ
- Bu azərbaycanlı qız 4 yaşında birinci sinfə gedib, 18 yaşında BDU-nu bitirir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda peyvəndləmədən imtina edənləri nə gözləyir? - RƏSMİ AÇIQLANDI 924 dəfə oxunub
- “YAŞAT" Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb 918 dəfə oxunub
- “Azəriqaz”dan limitlə bağlı AÇIQLAMA 917 dəfə oxunub
- DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA 915 dəfə oxunub
- Neft qiymətləri ucuzlaşır 902 dəfə oxunub