“Vəhşi diviziya”: “Alman əsgərlərinə ərə gedin” - Çeçen komandir - VİDEO
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb.
Publika.az xəbər verir ki, filmdə Çar Rusiyası dönəmində Azərbaycan və Qafqazın müsəlman xalqlarından yaradılmış və diviziyaya daxil olan könüllü süvari alaylarının, həmçinin tatar (azərbaycanlı) alayının Birinci Dünya Müharibəsində iştirakından bəhs edilir.
Qafqaz Yerli Süvari diviziyasında (“Vəhşi diviziya”) azərbaycanlıların xüsusi yeri olub. Diviziyada şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar, Hüseyn xan Naxçıvanski, Nur bəy Sofiyev, Cəmşid xan Naxçıvanski kimi məşhur azərbaycanlı hərbçilər qulluq edib.
“Vəhşi diviziya”nın, xüsusən də tatar alayının müharibə dövründəki şücaəti misilsiz olub. Belə ki, məhz tatar alayının hərbçiləri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında vacib rol oynayıblar.
Qeyd edək ki, tariximizin bu dönəmi çox az araşdırılıb. Təəssüf ki, “Vəhşi diviziya” barədə tarixi araşdırma və sənədli filmlərin hazırlanmasına baxmayaraq, azərbaycanlıların bu hərbi qurumda rolu arxa planda qalıb.
MEK film vasitəsilə azərbaycanlıların diviziyadakı qəhrəmanlıqlarını ön plana çəkməyə çalışıb. Film gələcəkdə bu mövzuda hazırlanması planlaşdırılan silsilənin birinci hissəsidir.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 560 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 551 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 198 dəfə oxunub