Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pələng zooparkın qadın işçisinə basqın etdi - VİDEO

“Tayfun” ləqəbli Amur pələngi Kalininqrad zooparkının qadın əməkdaşına hücum edib. Hadisə gündüz saatlarında zoopark əməkdaşı pələngə yemək verməyə çalışarkən baş verib. Əməkdaş pələngin volyerin qapalı hissəsində olduğunu düşünərək əraziyə daxil olub. Amma məsul əməkdaşların səhlənkarlığı üzündən qəfəs açıq qalıbmış.

Pələng qadına basqın edən kimi zopparka gələn tamaşaçılar əllərinə keçən daş-kəsəkləri yırtıcıya tərəf atıblar. Həmçinin yaxınlıqdakı kafenin müştəriləri də stol və stulları pələngə tərəf atmaqla onun diqqətini yayındırmağa çalışıblar. Əlavə olaraq ətrafdakıların hay-küyündən panikaya düşən pələng qadından əl çəkib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...