Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Biləyində bu 4 xəttə sahib olanlar... - MARAQLI... - FOTOLAR

Ovucumuzun içindəki xətlərin nə mənaya gəldiyini bir çoxumuz bilirik. Bəs biləyimizdə olan cizgilər nə mənaya gəlir ? 

Biləyimizdə 3 və ya 4 ədəd xəttin olması, eynilə ovuc içində olduğu kimi həyatımıza dair məlumatları özündə saxlayır.

1. Sağlamlıq xətti

Biləyimizdə olan birinci xətt ən mühüm xətdir. Bu sağlam olub-olmamağımızdan xəbər verir. Əgər xətlər arasında boşluq varsa, səhətimizdə ciddi problemlərin olduğunu göstərir.

2. Varlılıq xətti

Varlılıq xətti adlanan ikinci xətt isə zəngin olub-olmayacağımızdan xəbər verir . Kəsintisiz düz xətt və ya qısa xəttə maliksinizsə, maddi vəziyyətinizin yaxşı olacağına işarədir.

3. Karyera xətti

 Bu xətt ideal bir şəkildə görünürsə,  karyeranızda uğurlu bir yüksəliş yaşayacağına işarədir. Dərin və qalın gedən xətt isə cəmiyyət içində hörmətli bir mövqeyə sahib və ətrafınızda sözü keçən biri olacağınızdan xəbər verir.

4. Ömür xətti

Dördüncü xətt çoxu insanda olmur. Əgər dördüncü xəttə malik olsanız və bu xətt ideal şəkildə görünürsə, uzun və sağlam bir həyat yaşayacağınıza işarədir.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...