Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyanı idarə edən mason qadınların sirri - VİDEO - FOTOLAR

BBC-nin Viktoriya Berbişir proqramında qadın masonların gizli dünyası barədə danışılıb. Proqramda qadın masonların icra etdiyi mərasim və rituallara geniş yer verilib.

Yüz illərdir qadın masonlar böyük fəallıq göstərir. Kişi masonlar kimi qadınlar da toplantılar keçirir, müxtəlif ayinlər, rituallar icra edir.

Masonluq nədir?

Qadınlardan birindən soruşulur ki, “Masonluq nədir?”. “Özəl bir əxlaq sistemidir”- deyə cavab verir Dialazaza Nkela…

Nkela “ikinci səviyyə”yə keçməsinə yardımçı olan mərasimə qatılır. Masonlarda üzvlüyə qəbul edilmək “ilk səviyyə”ni keçməkdir. Bu mərasimdə boynuna kəmənd keçirilərkən, sağ qolunu, sinə və diz qapağını açmalısan.

Masonlar hərəkətlərinin simvolik mənalarını gizlədir

Masonlarda hər bir hərəkətin simvolik mənası olsa da üzvlər bunu gizlədir. Onlar “üçüncü səviyyə”də “ölümü və yenidən doğulmağı” sınaqdan keçirir. Bu bir həyatın sonu digərinin isə başlanğıcını təmsil edir.

Masonların İngiltərədə 300 illik keçmişi var

İngiltərədə kişi masonların 300 il əvvəl toplantılar keçirməyə başlayıb. Onlara şəhər hersoqu şahzadə Edvard rəhbərlik edib. İngiltərədə qadın mason qruplaşması isə XX əsrin əvvəllərində iki hissəyə bölünüb. Qadın masonlar ölkə ərazisindəki lojalarda və sığınacaqlarda görüşür. Mərasimlərdə qadınlar ağ paltar geyinir, boyunlarına rütbələrini göstərən masonluq simvolları taxırlar. Mərasim zalın mərkəzindəki koridordan başlayır. Təşkilat üzvləri bir-birilərinə əyilərək salam verir və ustadları Zuzanka Penn taxta bənzəyən böyük bir stulda oturur.

“Bəzi üzvlərimiz çox dindardır”

Mərasimlərdə dualar edilir. Bəziləri elə düşünür ki, qrup aşırı dindardır. Lakin Zuzanka Penn belə olmadığını deyir.

“Mason olmaq üçün üstün bir varlığa inanmalısınız. Bu istənilən  inancın varlığı ola bilər. Bəzi üzvlərimiz çox dindardır, bəziləri üçün isə din ön planda deyil. Amma hər dindən və irqdən insanlar bizim üzvümüz ola bilər”- deyə Penn əlavə edir.

Qadınların çoxunun yaşı 50-dən çoxdur. Təşkilat üzvlərini gəncləşdirməkdən ötürü qrupa universitet tələbələri cəlb ediləcək.

Qadın mason lojasının gənc üzvlərindən Roşni Patel deyir ki, təşkilata 7 ildir ki, üzv olub. Bu 7 ildə ona taxta bənzər stulda oturmaq haqqı verilib. Deyir ki, zaldan çıxarkən stula oturdulma anım çox duyğusal idi.

“Xüsusilə də çox dəyər verdiyim loja üzvləri yanımdaykən çox duyğulandım”.

-Bəs ustad mason olmaq necə bir hissdir?

“Hələ də şok içindəyəm”

“40 ildir masonam, belə bir şey görməmişəm”

Masonların təşkilatlanmasının önündəki ən böyük əngəl gizlilikləri və bəlli bir planlarının olmamamsıdır. Təşkilat üzvləri daima bir-birinin arxasındadır.

Belə bir məsələ də var ki, masonluq  kariyerasında irəliləmək istəyənlər üçün yaxı vasitədir.

Masonların ustadı Penn belə bir şey olmadığını deyir:

“40 ildir masonam belə bir şey görməmişəm. Heç kəs mənə kömək təklif etməyib. Bu tip hekayələri eşitmiş ola bilərsiniz lakin mən bununla qarşılaşmamışam”.

Mason olmaq istəyənlər üçün ən böyük şərt üzvlərin bir-birini qoruması və sirlərini gizlətməsidir.

Masonlar gizliliklərində  məqsədlərinin təşkilata maraq oyatmaq  və cəzb etmək olduğunu bildirirlər. Deyilənə görə, bunun arxasında hər hansı bir şeytani əməl yoxdur.

İnternetdə yazılanların əksinə, dünyanı ələ keçirməyə çalışmadıqlarını bildirilər.

Masonlarla bağlı məlumatlar

İngiltərədə 4 min 700 qadın, 200 min kişi mason var.

Masonlar loja dedikləri sığınacaqlarda gizlənir. Bu adət əvvəllər bənnaların inşa etməkdə olduqları kilsələrdə görüşmələri ilə bağlıdır.

Geyimlərini daş parçalarının sıçramasına qarşı geyinirlər.

Məşhur masonlar

Uinston Çörçill, Artur Konan Doyl, Redyard Kiplinq Robert Burns, Oscar Uayld, Peter Sellers.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...