Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Stulun içindən çıxan brilyant milyoner etdi

Şotlandiyanın Biqqar şəhərində bir cütlük 5 funt sterlinqə satın aldığı stulda 5 min funt sterlinq dəyərində brilyant bəzək tapıb.

Mynews.az musavat.com-a istinadən bildirir ki, Anjela Milnet və onun həyat yoldaşı Enqus bu stulu 10 il əvvəl bir auksionda alıblar. Həmin vaxt onların imkanı olmadığı üçün başqa stullar ala bilməyiblər və onu çardağa yerləşdiriblər. Aradan 6 il keçəndən sonra cütlük həmin stulu çardaqdan götürüblər.

Bir müddət sonra Enqus həyat yoldaşına evlilik ildönümü münasibətilə brilyant qaşlı üzük hədiyyə edib. Daha sonra Sevgililər Günündə brilyant qaşlı sırğa hədiyyə edib. Pasxa bayramındakı hədiyyə isə qiymətli daşlarla bəzədilmiş sancaq olub. Sonradan məlum olub ki, ərin bu cür səxavətli davranmasına səbəb stulun içindən tapdığı brilyantlar olub. O, bu barədə öncə xanımına deyib, daha sonra isə məşhur bir proqramda danışıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...