23 övladı olan ƏRƏB ŞEYXİ ən gözəl qızı ilə... - FOTOLAR
Məhəmməd bin Rəşid əl-Məktum - Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubay əmiri, Yaxın Şərqin ən savadlı siyasi liderlərdən biri sayılır. İslahatçı lider ölkəsinin daha da çiçəklənməsi üçün əlindən gələni edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şeyx həm də qayğıkeş atadır. Rəsmi tədbirlərdə o, varisləri ilə tez-tez görünməyi sevmir. Lakin bu yaxınlarda şeyx kiçik qızını geniş ictimaiyyətə təqdim edib.
Məhəmmədin müxtəlif həyat yoldaşlarından 23 varisi var - 9 oğlu və 14 qızı. 10 yaşlı Əl-Cəlilə şeyxin ən gözəl və sevimli qızlarından biridir. Bu yaxınlarda o, Bayraq Günü münasibətilə təşkil olunan milli mərasimdə atasını müşayiət edib. Həmin tədbirdə Dubay əmirinin qızı ilə çəkilən şəkilləri İnstaqramda paylaşılıb və onlardan birinə bu status qeyd edilib:
"Bizim əmirliklərin bayrağı - gücümüzün və birliyimizin rəmzidir. Bu, valideynlər və uşaqlar üçün də fəxrdir. Biz bayraq altında inkişafa doğru gedirik. Bizim bayraq altında gənclər əmirliklərin gələcəyini qurur".
Göründüyü kimi, mərasimdə Dubay əmirinin qızı Əl-Cəlilənin başı açıqdır. Ola bilsin ki, yaxın gələcəkdə qız çox cazibədar çöhrəsini bağlayacaq. Lakin o da istisna deyil ki, BƏƏ islahatçısının qızına ictimai yerlərdə ərəb xanımlarının əsas “aksessuarı" (hicab və ya baş örtüyü - red.) olmadan görünməsinə icazə veriləcək. Məsələ ondadır ki, şeyxin həyat yoldaşı və qızın anası - şahzadə Hayya bint əl-Hüseyn Avropanın kübar tədbirlərində başıaçıq görünür. O da sirr deyil ki, xanım şahzadə adətən dünyanın ən məşhur moda evlərinin libaslarına üstünlük verir.
Xatırladaq ki, Əlahəzrət şahzadə Hayya ali təhsilini Böyük Britaniyada alıb. O, bir neçə dil bilir, həmçinin fəal xeyriyyəçilik işləri ilə məşğul olur. 2007-ci ildə Hayya BMT-nin sülh elçisi təyin edilən ilk ərəb qadın olub. Bundan başqa Hayya 15 il əvvəl İspaniyanın Xeres şəhərində atçılıq üzrə dünya çempionatında iştirak edən ilk müsəlman qadın olub.
Odur ki, böyük ehtimalla Əl-Cəlilə anasının yolu ilə gedəcək və yaxın gələcəkdə bütün dünyada Dubayı ləyaqətlə təmsil edəcək.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 954 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 912 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 903 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 902 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 599 dəfə oxunub