Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə bir ilk: robotlar insanları əvəz edəcək - VİDEO

Türkiyədə insanabənzər robot istehsal edən ilk zavod fəaliyyətə başlayıb.

Mynews.az xəbər verir ki, ölkənin Konya bölgəsində, "Akınsoft" adlı şirkət tərəfindən təsis edilən zavod Türkiyədə bir ilkə imza atacaq.

Şirkətinin idarə heyətinin sədri Azad Akın bildirib ki, hazırlanacaq robotlar ev işlərində, gündəlik həyatda insanları əvəz edə biləcək alqoritmlərlə proqramlaşdırılacaq. "Ada GH5" seriyalı robotlar rahat şəkildə alış-veriş mərkəzlərində, məhsul tanıtımlarında, sərgilərdə, daşıma xidmətlərində, avtovağzal, ya da hava limanlarında yol göstərən şəxsləri əvəz edə biləcək:
"Hətta bu robotların tibb müəssislərində tibb bacılarını da əvəz edə biləcək potensiala sahib olacağını deyə bilərəm".

Layihə üzərində 22 il çalışan mütəxəssislər robotların əhali üçün çox faydalı olacağına əmindirlər. (publika.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...