Bəd əlamətlərə inanma
İslamdan qabaq cahiliyyət dövründə ərəblərdən kimsə bir işi görmək istədikdə, göyə baxar və göydə gördüyü quşun sağ tərəfə, yaxud sol tərəfə uçmasıyla, görmək istədiyi işin uğurlu və ya uğursuz olacağını təyin edərdi. Habelə xoşagəlməz bir səs eşitdikdə və ya arzu edilməyən bir adam gördükdə, bunu uğursuzluq əlaməti hesab edərdilər. Bəziləri Şəvval ayında evlənməyi uğursuzluq sayardılar. Aişə (Allah ondan razı olsun) bu cür etiqadın batil olduğunu bildirib demişdir: "Allahın Elçisi (salləllahu aleyhi və səlləm) mənimlə Şəvval ayında nikah bağlamış, habelə məni şəvval ayında öz evinə gətirmişdir...". Bundan başqa o vaxt ərəblər çərşənbə gününü, habelə Səfər ayını da uğuzsuz əlamət hesab edərdilər. Bunların və bunlara bənzər inancların hamısı batildir. Çünki hər bir işdə uğur və müvəffəqiyyət Uca Allahın əlindədir. O buyurur: "Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir". (Yunus, 107).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir şeyin uğursuz olmasına inanmaq Allaha şərik qoşmaqdır". (Əhməd 1/389).
Mynews.az zikr.az-a istinadən bildirir ki, bir dəfə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanında uğursuzluqdan söz açıldı. Rəsulullah (salləllahu aleyhi və səlləm) uğursuzluq haqda buyurdu: "Ən yaxşısı xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın! Uca Allahın gücü və qüdrəti hər şeyə yetər. Əgər xoşagəlməz bir şey görsəniz, bu duanı oxuyun: "Allahummə lə yəti bil-həsənəti illə əntə va lə yədfəus seyyiəti illə əntə və lə havlə və lə quvvatə illə bik". (Allahım! Xeyirlər ancaq Səndəndir, şəri də ancaq Sən uzaqlaşdıra bilərsən. Yeganə güc və qüvvət sahibi Sənsən, həqiqi güc və qüvvət Səndəndir)". (Əbu Dəvud: "Tibb", 24).
Hər hansı bir şeyin uğursuz olmasına inanan Allahın xeyir və zərər verməsini inkar edərək bu işdə Ona şərik qoşur. Hər bir müsəlman Qurani Kərim və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhih hədislərində xəbər verilən doğru İslam inancını öyrənməyə çalışmalıdır.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 962 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 951 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 950 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 947 dəfə oxunub