Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Eynşteyni dahi edən ƏSL SƏBƏB

Prinston Universitetinin professoru, nəzəri fizikaçı Robbert Dijkqraf bir məqaləsində Albert Eynşteyni digər elm adamlarından fərqləndirən xüsusiyyətləri izah edib.

O, Eynşteynin sehrli toxunuşları olduğunu bildirib:
"Eynşteyn gerçək bir dahi idi və bir elm adamı olaraq hamımız üçün örnək idi. O, uşaqkən belə çox fərqli bir düşüncə üslubuna malik olub. Onun xəyal dünyası onun haqqında önəmli şeylər deyirdi. Mənə görə, onun sehrli bir toxunuşu olub.

Elm adamı olaraq ən sevdiyi düşüncə tərzi fikirləri sınaması olub. Bunu ümumi nisbilik nəzəriyyəsini kəşf etdiyi anı xatırlayarkən açıqlamışdı. O, bir binanın damındakı işçiləri izləyirdi. Birdən işçilər yıxılarsa, nə baş verəcəyini təxmin etməyə başladı. Və fərqinə vardı ki, onlar aşağı yıxılsalar, yerin cazibə qüvvəsini hiss etməyəcəklər. Bir yolla bu hadisədən nəticələr çıxardı və ümumi nisbilik nəzəriyyəsini kəşf etdi. Eynşteyn o anları həyatının ən xoşbəxt zamanı kimi xatırlayırdı.

Sonra məni fərdi rahatlığıma qovuşduran bir şey söylədi: Xəyal gücü bilgi diyircəyindən çox daha önəmlidir. Çünki bilgi toplusu bildiklərimizi təsvir edir. Xəyal gücü isə gələcəkdə bilə biləcəyimiz hər şeydir". (publika.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...