Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dırnaq kəsməyin dində qaydası varmı?

Dırnaq kəsməyin hökmləri müstəhəb (bəyənilən) hökmlərdir, bunara əməl etmək vacib deyil, bunlara riayət etməmək də insana günah gətirməz. Hədislərdən məlum olur ki, həftənin cümə axşamı və cümə günlərində (xüsusilə, namazdan əvvəl) dırnaqları kəsməyin xüsusi savabı var. Belə ki, bu zaman insanın ruzisi bollaşar, xəstəlikləri (xüsusilə, göz ağrıları) gedər, hafizəsi güclənər.

Mynews.az islam.az-a istinadən bildirir ki, dırnaqları kəsməyin ardıcıllığına gəlincə, mərhum Şeyx Səduq atasından rəvayət edirdi ki, sol əlin çeçelə barmağından başlayıb sağ əlin çeçelə barmağında qurtarmaq müstəhəbdir. Bunun əksini bəyan edən hədislər də var.

Dırnaqları kəsərkən aşağıdakı duanı oxumaq tövsiyə edilir: "Bismillahi və billahi və əla milləti rəsulillah" (Allahın adı ilə, Allahın yardımı ilə və Allahın Rəsulunun ümmətindən olmaqla bu işi edirəm).

Kəsilmiş dırnaqları torpağa basdırmaq da müstəhəbdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...