Dünyanın ən gənc milyarderi NECƏ VARLANDI? - FOTO
27 yaşlı irlandiyalı Con Kollison 2011-ci ildə qurduğu "Stripe" internetdən ödəmə sistemi sayəsində dünyanın ən gənc milyarderi olub.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, dünyada 100 mindən çox müştərisi olan şirkətin dəyəri 2016-cı ildə 9 milyard 200 milyon dollara çatıb.
"Forbes" iqtisadiyyat dərgisi Con Kollison və qardaşı, "Snapchat" proqramının sahiblərindən olan Patrik Kollisonun gəlirlərinin 1 milyard 300 milyon dollar olduğunu açıqlayıb.
Con Kollison nə qədər pulu olduğunu sual verənlərə belə cavab verib:
"Mənə bu sualı çox insan verir. Varlı olduqdan sonra həyatımın necə dəyişdiyini soruşurlar. Bahalı yarışlardan misal çəkirlər. Ancaq mən sadəcə boş vaxtlarımda qaçmaqla məşğul oluram. Bu çox praktik və bəsit bir hobbidir".
Qeyd edək ki, milyarder qardaşlar İrlandiyanın cənubundakı Tipperari adlı qəsəbədə böyüyüb və oradakı dövlət məktəbində oxuyublar.
Uşaqlıqdan bəri kompüter proqamlarına böyük maraqları olub və buna görə ABŞ-dakı universitetlərdən birində oxumağı özlərinə hədəf seçiblər. Patrik 2007-ci ildə Massaçusets Texnologiya Universitetinə, Con isə Harvard Universitetinə daxil olub. Lakin onlar bizneslərini inkişaf etdirmək üçün universiteti atıblar.
Milyarder qardaşların şirkətlərində hazırda 750 işçi fəaliyyət göstərir.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 1001 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 979 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 968 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 967 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 965 dəfə oxunub