Baş verəcək Günəş tutulmalarının sayı açıqlandı
Gələn il üçün Azərbaycanda baş verəcək Günəş tutulmalarının sayı açıqlanıb.
Mynews.az-ın xəbərinə görə, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Report-a açıqlamasında deyib ki, 2018-ci ildə ölkədə üç Günəş tutulması hadisəsi qeydə alınacaq.
O bildirib ki, budəfəki Günəş tutulmalarının hamısı qismən olacaq: “Yəni, bu vaxt Günəşin kiçik bir hissəsi tutulacaq. Üç Günəş tutulmasından ikisi Cənub, biri isə şimal yarım kürəsində müşahidə olunacaq. Gələn il üçün Günəşdə tam tutulma baş verməyəcək. Günəşin maksimum 70 faiz hissəsi tutulacaq”.
X.Mikayılov qeyd edib ki, ilk Günəş tutulması fevralın 15-də baş verəcək: “Təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:55:51-də qeydə alınacaq və fevralın 16-da da davam edəcək. Yəni, tutulma maksimuma 00:51:29-da çatacaq. Sonu saat 02:47:08-də olacaq. Təbiət hadisəsi Cənubi Amerikanın cənub hissəsində və Antraktidada müşahidə olunacaq.
İkinci Günəş tutulması iyulun 13-ü, saat 05:48:23-də qeydə alınacaq. Tutulmanın maksimumu 07:01:05-də, sona çatması isə 08:13:44-də olacaq. Tutulma hadisəsi Avstraliyanın cənub ucqarı ilə Antraktidanın aralığında müşahidə ediləcək. Həmin ərazidə də, demək olar ki, insanlar yaşamır.
Üçüncü Günəş tutulması hadisəsi avqustun 11-də, saat 12:02:08-də başlayacaq. Tutulmanın maksimumu saat 13:46:24-də, sona çatması isə 15:30:40-da olacaq: “Sonuncu tutulma şimal yarım kürəsində müşahidə olunacaq. Təbiət hadisəsini Rusiyanın, demək olar ki, bütün ərazisində hiss etmək olacaq. Proses Şərqi Asiya hissəsindən başlayıb Rusiyanın bütün hissəsini əhatə edəcək”.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 979 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 949 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 939 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 938 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 936 dəfə oxunub