Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyanın 1-ci kanalında balaca qız danışdığı lətifə ilə erməniləri biabır etdi - VİDEO

Mynews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, proqramın “Vzqlyad snizu” adlanan və uşaqlarla söhbətə həsr olunan rubrikasında bu dəfə balacalardan lətifə danışmaları istənilib. Azyaşlının ermənilərlə bağlı lətifəsi aparıcı ilə aralarında maraqlı dialoqa səbəb olub. 

Balaca qızın dilindən verilən lətifə ilə qonşu xalqların folklorunu, xalq musiqisini, mətbəx nümunələrini, xalça, rəqslərini, musiqi alətlərini və sairi mənimsəməsi ilə tanınan ermənilərə “söz atılıb”. Lətifədə deyilir: “Erməni birinə yaxınlaşır: “Oy, necə də cavan erməni ölüb”. Həmin adam isə deyir: “Siz Aleksandr Puşkin haqqında danışırsınız?. O ki rus şairidir”. Erməni isə “Nə rus şairi, nə Puşkin, görmürsən yazılıb: Qazon Zaseyan (ot örtüyü əkilib-red.)" deyir". 

Aparıcı Urqant lətifənin şovinist xarakterli olduğunu və bütün erməni xalqını təhqir etdiyini deyib. Daha sonra "bu lətifəni hansısa erməniyə danışmısan" deyə soruşub. Qız isə Ermənistana gedərsə danışacağını bildirib. Urqant ironiya ilə elə Ermənistan gömrüyündən keçərkən danışmasını məsləhət görüb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...