Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ata, ölümündən 5 il sonra qızına məktub göndərdi - "Mənim üçün göz yaşı axıtma"/FOTOLAR

ABŞ-ın Tennessi ştatında baş verən hadisə insanları duyğulandırıb.

Metbuat.az-ın məlumatına görə, 2012-ci ildə xərçəng xəstəliyi səbəbiylə həyatını itirən ata ölməzdən əvvəl gül şirkəti ilə müqavilə bağlayaraq, 5 il ərzində qızı üçün hər doğum günündə hədiyyə göndərməsini istəyib. Nəticədə bu il şirkət müqaviləyə uyğun olaraq 21 yaşlı Sellers adlı qıza 5-ci yəni sonuncu hədiyyəni göndərib. Çiçəklərin yanında atasının illər əvvəl yazdığı məktub da olub. Məktubda qeyd olunub:

"Bu məktub biz yenindən görüşənə qədər sənə göndərdiyim son qeyd olacaq. Mənim üçün gözyaşı axıtmağını istəmirəm canım qızım. Çünki daha yaxşı bir yerdəyəm.Sən mənim üçün həmişə ən dəyərli cəvahirat olaraq qalacaqsan. Özünə və anana qarşı həmişə dürüst ol. Xoşbəxt ol. Həyatdan zövq al. Mən həmişə səninləyəm. Həyatının ən vacib anlarında həmişə yanında olacağam. Sadəcə ətrafına bax. Mən baxdığın yerdəyəm. Səni sevirəm. Ad günün mübarək!!! Atan.

Bu xəbər qısa müddət ərzində milyonlarla internet istifadəçisi tərəfindən paylaşılıb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...