Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyanın ən az ziyarət olunan 10 ölkəsi - FOTOLAR

Avropadan Amerikaya hər il milyonlarla turist axışır. Bəzən bizə elə gəlir ki, dünyada turist ayağı dəyməyən yer qalmayıb. Çünki ən kiçik ölkələrdə belə nəsə maraqlı bir şey tapmaq mümkündür. Ancaq elə ölkələr var ki, turist sarıdan əməlli-başlı korluq çəkir. 
 
Hətta demək olar ki, həmin ölkələrə nadir hallarda əcnəbi vətəndaşlar ayaq basır. Yetərincə gözəlliyə malik olmasına baxmayaraq, turistlərin diqqətini çəkməyən bu ölkələr görəsən hansılardır?
 
Mynews.az publika.az-a istinafən diqqətdən kənarda qalan bu ölkələri təqdim edir.
 
1. Əfqanıstan
 
 
Uzun illərdir adı müharibə və qarşıdurmalarla hallanan Əfqanıstan təhlükəsizliyin təminatı səbəbindən turistə möhtac qalıb. Halbuki ölkədə görüləcək yetərincə tarixi əsər, gəzməli təbii məkanlar var. Gəzməyi sevən avropalılar isə bu Asiya ölkəsinə getməyə əsla can atmır. Canından qorxduğu üçün...
 
2. Türkmənistan
 
 
Ölkədə tətbiq olunan qayda-qanun və turistlərin işini çətinləşdirən sistem üzündən ziyarətçilərin sayı olduqca aşağıdır. Burada Qaraqum səhrasını və tarixi məscidləri görməyə dəyər.
 
3. Qvineya-Bisau
 
 
İnfrastruktur sahəsindəki çatışmazlıqlar, həmçinin tarixi və turizm məkanlarının azlığı turistləri bu ölkədən uzaqlaşdıran əsas səbəblərdir.
 
4. Liviya
 
 
Qəddafi diktaturasının kölgəsində qalan Liviya hazırda yeni hökumət tərəfindən idarə olunsa da, hələ də burada qarşıdurmaların izinə rast gəlmək mümkündür. Bu üzdən Liviya turistlərin diqqətini çəkə bilmir.
 
5. Komor adaları
 
 
Hind okeanında yerləşən Komor adalarının turistlərin diqqət çəkə bilməməsinin tutarlı səbəbləri var. Burada ciddi qaydalar tətbiq olunur. Ölkədə spirtli içkilərin istifadəsi yasaqdır. Bundan başqa, turistlərin geyimlərinə də müdaxilə edilir. Avropalı turistlərə əlavə pul da versən, belə yerlərə getməzlər.
 
6. Ekvatorial Qvineya
 
 
Afrika qitəsinin ən az ziyarətçi qəbul edən ölkələrindən biridir. Burada qadağalar çoxdur. Əsas da səyahət edənlərin ən ümdə əyləncəsi olan şəkil çəkmək burada yasaqdır. Bir sözlə, “ekvatorlular” özləri turistlərə “bura gəlməyin” deyir.
 
7. Marşall adaları
 
 
Dünyanın o biri ucu misalına uyğun bir yerdir. Təbiəti gözəl olsa da, uzaqlığı və nəqliyyat çətinliyi Marşallı turistlərdən uzaq salan əsas səbəblərdir.
 
8. Tuvalu
 
 
Marşall adaları kimi Tuvalu da düz okeanın ortasında yerləşir. Daim Sakit okean sularının altında qalmaq təhlükəsiylə üz-üzə olan bu adanı görmək istəyənlər tələssin...
 
9. Somali
 
 
Təhlükəsizlik qorxusu üzündən az maraq cəlb edən ölkələrdən biri də Somalidir. Hər an baş verən silahlı qarşıdurmalar üzündən turistlər Somaliyə getməyi ağıllarından belə keçirmirlər.
 
10. Nauru
 
 
Dünyada ən az ziyarət olunan ölkədir. Cəmi 3 ölkədə nümayəndəliyi var. Nəqliyyat məsələsi də çətindir. Nauruda gecələmək üçün iki otel fəaliyyət göstərsə də, ora getmək üçün tutarlı səbəb tapmaq çətindir.
 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...