Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Dünyanın ən gözəl uşağı” tapıldı - FOTO

Britaniya mətbuatı altı yaşlı rusiyalı Anastasiya Knyazevanı “dünyanın ən gözəl uşağı” adlandırıb.

Oxu.Az-ın xəbərinə görə, Anastasiyanın xarici görünüşü barədə The Daily Mail nəşri yazır.

Jurnalistlərin sözlərinə görə, Anastasiya pərəstişkarlarını mavi gözləri və “kukla kimi xarici görünüşü” ilə heyran edib. Hazırda model işləyən qızın Instagram səhifəsində 500 mindən çox izləyicisi var.

Knyazevanı altı yaşında dünyanın ən gözəl uşağı seçilən və “Vogue” jurnalının ən gənc modeli olan fransalı Tilan Blondo ilə müqayisə edirlər.

Rusiyanın model agentliklərinin birində işləyən altı yaşlı Aanstisiya  həmçinin bir neçə brendin simasıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...