Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əl-üz yuyandan pis qoxuları aparmağın SADƏ YOLLARI

Hər nə qədər diqqət etsək də, hər cür tullantı keçdiyi üçün əl-üz yuyanlarda zamanla pis qoxular yaranmağa başlayır. Tərkibində həddindən çox kimyəvi maddə olan təmizləyici vasitələr boğazımıza zərər verdiyi kimi, pis qoxuları da aparmır. Milli.Az ailem.az-a istinadən sağlamlığa zərərə vermədən təbii yollarla əl-üz yuyandan pis qoxuları yox etməyin yollarını göstərir.

Qəhvə və isti su
 
Bir az qəhvə və isti suyu qarışdıraraq əl-üz yuyanınıza tökün. Nəticədə orada yığılan yağlardan və pis qoxulardan qurtulacaqsınız.
 
Limon qabıqları və su

Limon qabıqları ilə sürtdüyünüz əl-üz yuyanınıza bir az isti su tökərək, həm pis qoxulardan qurtulmuş olacaqsınız, həm də içərisi parıldayacaq.
 
Soda və sirkə 

1 stəkan sirkəni əl-üz yuyana tökün. Üzərinə 1 stəkan sodanı da əlavə edib köpüklədin. İsti suyu da əlavə etdikdən sonra bir neçə dəqiqə gözləyin. Bu qarışım boruları açaraq pis qoxuları aradan qaldıracaq.
 
Limon suyu və soda
 
2 stəkan limon suyunu kiçik bir qabda isidin. 1 stəkan soda əlavə edib əridin. Köpük halına gətirdiyiniz qarışımı əl-üz yuyana tökün və 10 dəqiqə saxlayın.
Daha sonra əl-üz yuyanınızı təmizlədikdə əla bir nəticə əldə etmiş olacaqsınız.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...