Dəstəmazı və namazı batil edən hallar
Qanaxma nə dəstəmazı, nə də namazı batil etmir. Bir çox səhabələrin yaralı halda namaz qılması ilə bağlı rəvayətlər var. Ömər ibn əl-Xattab (Allah onlardan razı olsun) da namazda ikən qılıncla vurulduğuna baxmayaraq namazı yarımçıq dayandırmamışdır. Mynews.az zikr.az-a istinadən bildirir ki, bu dəlalət edir ki, qan murdar deyil. Həmçinin oxuyun: Dəstəmazı pozan amillər
Namazı pozan əməllərə aşağıdakılar aiddir:
1) Dəstəmazın hökmünü qüvvədən salan (batil edən) əməllər eynilə namaza da aiddir. Məsələn, yel çıxması
2) Bilərəkdən övrəti (ayıb yerləri) açmaq. Lakin övrət yerləri təsadüfən açılarsa və açılmış hissə az isə və ya çox açılmasına rəğmən dərhal örtərsə, bu halda namaz qüvvədən düşmüş sayılmır.
3) Nəzərəçarpacaq dərəcədə qiblə istiqamətindən başqa tərəfə dönmək.
4) Bədəndə və ya paltarlarda və ya namaz qılınan yerdə nəcasətin (çirk, pis şey) olması. Əgər nəcasəti namaz əsnasında görərsə və ya yadına düşərsə və bunu dərhal aradan qaldırarsa bu halda namaz səhihdir. Eynilə, yalnız namaz başa çatdıqdan sonra bunu aşkar edərsə bu halda onun namazı yenə də etibarlı sayılır.
5) Heç bir əsaslı səbəb olamdan namaz əsnasında həddən artıq davamlı hərəkətlərə yol vermək. Məsələn, bir yeri çoxlu qaşımaq
6) Rüku və səcdə kimi namazın rüknlərindən birini buraxmaq və ya bilərəkdən yenisini əlavə etmək və ya bilərəkdən ardıcıllığını pozmaq
9) Bilərəkdən namazı tamamlamamışdan öncə salam vermək.
10) Bilərəkdən namazda qiraətin mənasını dəyişmək.
11) Bilərəkdən namazın vacibatlarından birini buraxmaq. Misal üçün birinci təşəhhüdü buraxmaq. Lakin unutqanlıqdan baş verərsə, namaz yenə də hökmünü saxlayır, bununla belə səhv səcdəsi yerinə yetirilməlidir.
12) Namazı dayandırmağa qərar vermək.
14) Qəhqəhə ilə gülmək. Sadəcə təbəssüm etmək namazı qüvvədən salmır.
15) Bilərəkdən danışmaq. Kimsə səhvən və ya bu barədə hökmü bilmədiyindən gülərsə namaz qüvvədən düşmüş sayılmır.
16) Namazda yemək və içmək.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 980 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 950 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 940 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 939 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 937 dəfə oxunub