Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Öpüşmək haqqinda dünyagörüşünüzdə inqilab yaradacaq 17 məlumat - FOTOLAR

İlk öpüş, sabahın xeyir öpüşü, vida öpüşü, "Gəlini öpə bilərsiniz!" Öpüşü, "Halalımsan" öpüşü, Fransız öpüşü, Anar Nağılbaztərzi öpüş...

Mynews.az kenquru.az-a istinadən bildirir ki, həyatınızın bir hissəsi olan və həyatınız boyu orta hesabla iki həftə xərclədiyiniz öpüşmə aktı haqqında bir az maariflənmək istəyirsinizmi?

1. Sözün Qərbdəki etimologiyası

Sözün Qərbdəki etimologiyası

İngilis dilində "kiss" olan öpüş sözünün mənşəyi əslində öpüşmək mənasını verən Qədim İngilis Dilində "cyssan" sözüdür. Cyssan-ın isə haradan gəldiyinə dair ciddi faktların olmadığına baxmayaraq, öpüşmə zamanı çıxan səsə uyğun olaraq deyildiyi fərz edilir.

Vaxtında Romalılar buna görə çox vaxt xərcləyib hər bir öpüşmə şəklinə fərqli adlar vermişlər. Əldən və üzdən öpmək "basium", dodaqdan öpüşmək "osculum", ehtiraslı öpüşməyə isə "saviolum" deyilirdi. ..

Yunanlar isə ayrı-ayrı öpüşlərə ad verməkdənsə, sevgi növlərini ayıraq demişlər. Platon vaxtında "eros"-u insanın gözəlliyinə duyulan təqdir olaraq ifadə etmişdir. Son olaraq da "agape" sözünü sevginin ən saf, ən şərtsiz və ən güclüsü olanı kimi istifadə etmişlər.

2. Dünyadakı insanların 10 %-i öpüşmür.

Başlığı oxuduqdan sonrakı 0,5 millisaniyədə "Necə yəni"? dediniz, elə deyilmi? Dərhal açıqlayaq; Təxminən 18 milyon il əvvəl Sakit Okeandakı ən qədim ada olan Mangaia Adasının yerliləri, 1700-cü illərdə İngilislərlə qarşılaşmadan əvvəl öpüşmək nədir heç eşitməmişdilər də.

Eyni zamanda, dünyanın yüzdə 90-ı öpüşərkən yüzdə 10-unun öpüşməmək üçün müxtəlif səbəbləri vardı. Məsələn, Sudanlılar, ağzı ruhlarına açılan bir pəncərə kimi gördüklərindən öpüşsələr, ruhlarının oğurlanacağından qorxurmuşlar.

Burunu buruna yapışdırmaqla məşhur olan Eskimo öpüşməsi isə güman edilənin əksinə öpüşsələr soyuqdan dodaqları bir-birinə yapışacaq qorxusundan deyil, soyuqdan sadəcə gözlərini və burunlarını açıq qoyacaq şəkildə geyindikləri üçün öz "öpüşlərini" icad etmək məcburiyyətində qalıblar.

3. Öpüşməyin Dünyaya Yayılmağı

Öpüşməyin Dünyaya Yayılmağı

Bəs kim tapdı bu öpüşməyi və necə yayıldı? Alimlər öpüşməyin necə başladığından əmin deyillər. Hətta bunun instinktiv, yoxsa öyrənilmiş bir davranış olduğu barədə araşdırmalar davam edir. Lakin üzərində ən çox həmfikir olunan nöqtə, əsasən öpüşməyin ana quşun körpəni bəsləməsi kimi ağızdan bəsləmə yolu ilə başlamış ola biləcəyini deyir.

Öpüşdən romantik bir hərəkət olaraq ilk dəfə bəhs edilməsi isə Şumerlərin yazdığı şeirlərdə öz əksini tapır. Tarixçilər öpüşməyin regionda ən az 2000 illik keçmişi səbəbiylə, Böyük İsgəndərin Hindistanı işğalından sonra bunun Qərb dünyasına da yayıldığını düşünürlər.

4. Heyvanlar da Öpüşür

Heyvanlar da Öpüşür

Tam olaraq insanların öpüşməsi kimi olmasa da, bəzi heyvanlar da öpüşməyi sevgi göstərmə yolu kimi istifadə edirlər. Məsələn, şimpanzelər böyük bir davadan sonra "öpüşüb barışırlar", fillər çətin hallarda bir-birilərinin xortumlarına sarılaraq bir-birilərini təsəlli edirlər. Dələlər isə bir-birilərini tanımaq üçün qoxlaşaraq öpüşürlər.

5. Öpüşməyin Sağlamlığa Faydaları

Öpüşməyin Sağlamlığa Faydaları

Araşdırmalar göstərir ki, öpüşmək zövq verdiyi qədər əslində sağlamlığa da faydalıdır. Məsələn, fərdə məxsus bakteriyaların öpüşmə vasitəsilə mübadilə edilməsi zamanı immun sistemimizi gücləndiririk. Öpüş zamanı normaldan daha çox ifraz olunan ağız suyu da dişimizi daha parlaq və təmiz saxlayır.

Öpüşmə zamanı hiss edilən o məşhur "qarnındakı kəpənəklənmələr" əslində ürəyin sürətlə vuruşu və bu sayədə genişlənən damarların qan təzyiqini aşağı salmağıyla yaranır. Öpüşərkən 29 fərqli üz əzələsi işləyir və bilvasitə olaraq gələcək qırışların qarşısını alır. 1 saatlıq öpüşmə sizə təxminən 1560 kalori yandırmağa kömək edir ki, bu da gündəlik idmanınız zamanı yandırmağı hədəflədiyiniz kaloridən dəfələrlə çoxdur.. Əlbəttə öpüşdüyünüzə insanda problem varsa və ya qripdirsə, işlər bir qədər dəyişir. Amma elm adamları yoluxmanın çox aşağı bir ehtimal olduğunu deyirlər və öpüşməyin faydalarının mümkün ola biləcək zərərindən çox daha çox olduğunu vurğulayırlar.

 

Bu, hər nə qədər qulağa qəribə gəlsə də, doğrudur. Dünyada öpüşməyin qadağan olunduğu ölkələr var və təxmin ediləcəyi kimi, bunlardan biri də Səudiyyə Ərəbistanıdır. Bir kişinin insanların içində bir qadına sarıldığını və öpüşdüyünü gördüklərində 90 qamçı və 4 ay həbslə cəzalandırdılar. 2010-ci ildə baş verən başqa bir hadisədə qəribə olan isə adamın ölkədəki hər hansı bir alış-veriş mərkəzinə girişinin iki illiyinə əngəllənməsi idi. Son vaxtlar Ərəbistanın "mülayim islama keçid" siyasəti çərçivəsində düzü həmin qadağaların aradan qaldırılacağı da gözlənilmir.

Qərbli turistlərin istirahət yerlərindən biri olan Dubayda isə Dubaylı bir qadının şikayəti iləbir İngilis cütlük ictimai yerdə öpüşdüyü üçün ölkədən deportasiya edildilər.

Müsəlman ölkələrindən başqa, Meksikanın və Hindistanın bəzi bölgələrində eyni üsullar mövcuddur. Buna görə də, ehtimal olunan həbslərə qarşı, səyahət edəcəyiniz ölkələrin adət və ənənələrini əvvəlcədən bilməkdə fayda var. 

Həmçinin Azərbaycanda ictimai yerlərdə öpüşməklə insanların ciddi reaksiyalarına tuş gələ, həm ictimai asayışın pozulması maddəsiylə cərimələnə və ya həbs oluna, ya da yaxçı oğlanlar tərəfindən "ana-bajı" konteksti çərçivəsində "başa salına" bilərsiniz.

7. Öpüşməyin Kimyası

Öpüşməyin Kimyası

Araşdırmalara görə öpüşmə əsnasında ifraz olunan endorfin, morfinin normaldan 200 dəfə daha güclü təsir göstərir. Bu da öpüşmə sonrası bir neçə saniyəliyinə yaşanan anlaqsızlıq hissini verir. Morfinin eyni zamanda ağrıkəsici təsirini də düşünsək, öpüş təbii bir ağrıkəsicidir. Yəni "öpüm, keçsin" tamamilə doğru bir deyimdir.

 

Morfininlə yanaşı ifraz olunan dopamin isə beyində kokainlə eyni təsiri buraxır. Dopamin insanda seksual istək, yuxusuzluq, iştahsızlıq və qarşısıalınmaz enerjiyə səbəb olur. Dopamin əslində insanların nə üçün həyat yoldaşlarına xəyanət etdiklərini də kimyəvi yolla izah etmiş olur. Uzun müddət birlikdə olan cütlər öpüşərkən daha az dofamin ifraz edirlər və insanlar bu həyəcanı yenidən yaşamaq üçün fərqli insanlarla öpüşməyə, sevişməyə yönəlirlər. 

Bir tərəfdən isə insanı sakitləşdirən və rahat hiss etdirən oksitosin hormonu isə uzun münasibətlərdəki cütlərin öpüşdükləri zaman daha çox ifraz olunur.

8. Elmi Olaraq Öpüşmə

Elmi Olaraq Öpüşmə

Öpüşməyi elmi olaraq araşdıran sahəyə isə Filematologiya deyilir. Filematologistlər sadəcə öpüşməyi bioloji və kimyəvi olaraq öyrənmir, eyni zamanda niyə öpüşmüşdüyümüzü izah etməyə çalışırlar. Araşdırmalar, öpüşün dadı, səsi və qoxunun təsirilə, kişilərin yüzdə 59-unun, qadınların isə yüzdə 66-sının ilk öpüşdən sonra partnyorlardan uzaqlaşdığını göstərirmiş. Öpüşməyin niyə yaxşı hiss etdirdiyi isə dodaqlarımızın barmaq uclarımızdan daha həssas olması ilə izah edilir.

9. Ən Uzun Öpüş Rekordu

Ən Uzun Öpüş Rekordu

Son rekord 58 saat 35 dəqiqə 58 saniyə öpüşən Tailandlı Ekkachai və Laksana Tiranarata aiddir. Bir cütlük, bunlardan əvvəlki qəribə rekord sınağında oksigen çatışmazlığı səbəbilə xəstəxanaya aparılmışdı.  Araşdırmalar həyatımızın orta hesabla iki həftəsini öpüşərək keçirdiyimizi göstərir.

10. Öpüşmək Qorxusu Deyə Bir Şey Var

Öpüşmək Qorxusu Deyə Bir Şey Var

Hər kəs ilk öpüşdən çəkinir, amma bir neçə dəfədən sonra bu qayğı yox olur. Bəziləri isə bu qorxudan ömürləri boyu özlərini xilas edə bilmirlər. Filemofobiya adı verilən bu qorxu əksər insanlarda təcavüz və ya fiziki istismar sonrasında ortaya çıxır. Bu qorxuya malik bir çox insan isə öpüşmə zamanı xəstəlik tutacağından narahatdır. Çox geniş yayılmasa da, toxunulmaqdan xoşu gəlməyən adamlar öpüşməkdən də çəkinir.

11. Öpüşəndə Başınızı Hansı Tərəfə Əyirsiniz?

Öpüşəndə Başınızı Hansı Tərəfə Əyirsiniz?

Hollivud filmlərində, ya da bütün tablo və heykəllərdə öpüşən fiqurlar öpüşərkən başlarını sağa əyirlər. Bu an yəqin ki, siz hansı istiqamətə əydiyinizi/əyəcəyinizi düşünürsünüz; 90 faiz cavabınız sağ olacaq. Bəli, Alman tədqiqatçıların 100 nəfər üzərində apardıqları tədqiqatda da nəticə böyük əksəriyyətlə sağ çıxdı və bu məsələdə gəldikləri nəticəyə görə bunu, insanların ana bətnindən etibarən bədənin sağ tərəfinə meylinə bağlayıblar.

12. Viktoriya Dövrünə Heyran Bir Qadını Öpərkən Diqqət Edin. =)

Viktoriya Dövrünə Heyran Bir Qadını Öpərkən Diqqət Edin. =)

Viktoriya Dövrü İngiltərəsində təcavüzün və "arzuolunmaz öpüşlərin" qarşısını almaq üçün qadınlara ağızlarında iynə daşımaları məsləhət görülürdü. Bu xəbərdarlıq yazıları adətən qatarlarda (tunellərdən keçərkən qaranlıq olduğu üçün) və qaranlıq küçələrin girişlərində yerləşirmiş. Kim bilir, bəlkə dil piercingleri belə ortaya çıxmışdır? =)

13. Filmlərdə Homoseksual Öpüşlər

Filmlərdə Homoseksual Öpüşlər

1927 tarixli "Wings" - eyni cinsdən iki insanın bir-birlərini öpdüyü ilk film kimi tarixə düşüb. Buna baxmayaraq, müharibə zamanı səngərdə öpüşən iki kişi əsgərin ekrana daşınması ciddi reaksiyalara yol açmayıb. Çünki müharibə zamanı əsgərlərin səngərlərdə bəzən öpüşmə halları bir çox insana məlum idi. Andy Warholun 1963-ci il tarixli "Kiss" filmində isə ilk lezbiyan öpüşü kino tarixinə düşüb.

14. Əlavələr 1: Nigah zamanı öpüş adəti öpüşün söz sayıldığı Antik Roma Mədəniyyətindən gəlir.

Əlavələr 1: Nigah zamanı öpüş adəti öpüşün söz sayıldığı Antik Roma Mədəniyyətindən gəlir.

15. Əlavələr 2: Maraqlı sözlərilə məşhur Almanlar bir insanla əvvəllər öpüşməməyi kompensasiya etmək üçün gecikmiş öpüşə "Nachküssen" adını veriblər.

Əlavələr 2: Maraqlı sözlərilə məşhur Almanlar bir insanla əvvəllər öpüşməməyi kompensasiya etmək üçün  gecikmiş öpüşə

16. Əlavələr 3: Öpüşmə zamanı 12 beyin sinirindən 5-i qarşı tərəf haqqında daha çox məlumat əldə etmək üçün fəaliyyətdə olur.

Əlavələr 3: Öpüşmə zamanı 12 beyin sinirindən 5-i qarşı tərəf haqqında daha çox məlumat əldə etmək üçün fəaliyyətdə olur.

17. Əlavələr 4: İnsanların 75%-i ilk öpüşünü ilk seksdən daha detallı şəkildə xatırlayır.

Əlavələr 4: İnsanların 75%-i ilk öpüşünü ilk seksdən daha detallı şəkildə xatırlayır.

18. Əlavələr 5: Bir dənə də sənə əsəri qoyaq bura; Gustav Klimt'in məşhur tablosu Der Kuss (The Kiss)

Əlavələr 5: Bir dənə də sənə əsəri qoyaq bura; Gustav Klimt'in məşhur tablosu Der Kuss (The Kiss)

19. Bu da siyasət tarixinin öpüşü: Sovet lideri Leonid Brejnev (solda), alman lider Erich Honecker ilə. / 1979

Bu da siyasət tarixinin öpüşü: Sovet lideri Leonid Brejnev (solda), alman lider Erich Honecker ilə. / 1979

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...