Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Alimlər iddia edir - Göz rəngimiz xarakterimizdən xəbər verir - FOTOLAR

Hələ lap qədimdən Azərbaycanda bir söz var, göy göz adam çoxbilmiş olar, göy gözlü adamların gözündə nəzır olar. Bu kimi folklor nümunələrinə əslində bütün dünya xalqlarının mənəvi irsində rast gəlmək olar. Bəs həqiqətən göz rəngimizin  xarakterimizdə  rolu varmı,  göz rənginin fərqliliyi hər hansı bir fiziki xüsusiyyətə  səbəb olurmu? Bizimyol.info bu suallara cavab tapmağa çalışıb.

İsveçin Orebro Universitetinin alimləri 428 nəfər arasında   araşdırma apararaq göz rəngimizin frontal genlərimizə təsir  göstərdiyini və oxşar  genlərə malik insanların da bənzər xarakter sərgilədiklərini üzə çıxarıblar. Edinburq Universitetinin əməkdaşı, doktor Antoni Fallone isə göz rəngi və  xarakter arasındakı münasibətləri araşdıraraq maraqlı  qənaətə gəlib.

Tünd qəhvə və qara  rəngli gözlər

Lider  xarakterlidirlər. Yeni qərarlar almaqdan çəkinmirlər. İdmanda  uğurlar qazanırlar.Göz rənginin tünd olması melanin sistemindən qaynaqlanır. Melanin beyin hüceyrələri arasınd daşıyıcı vəzifəsindədir. İnsanda nə qədər çox melanin varsa beyin o qədər sürətlə çalışır. Tünd gözlü insanlar açıq gözlülərə nisbətən daha az içki içirlər. Onlar stolüstü tennis kimi dəqiq hədəf vuran idman növlərində daha aktiv olurlar.

Mavi gözlər

Mavi gözlülər göstərməsələr belə güclü mənəviyyata və fiziki gücə sahibdirlər. 2006-cı ildə alman psixoloqların apardıqları araşdırmalardan məlum olub ki, mavi gözlü uşaqlar yeniliklərə daha ehtiyatla yanaşır. həmyaşıdlarına nisbətdə daha  içinəqapalı olurlar. Mavigözlülər rəqabət aparmağı sevir, eqoist olurlar. Mavi gözlü qadınlar  tünd  gözlü qadınlara nisbətən ağrıya daha çox dözürlər, çətinliklərə qarşı daha iradəlidirlər.

Boz gözlər

Belə göz  rənginə nadir rast gəlinir. Boz gözlülər mavi gözlülərə nisbətdə daha çox melaninə sahibdirlər. Tünd boz gözlü insanlar çox  balanslı və tarazlığı qoruya bilən insanlardır. Tünd boz gözlü insanlar iki üzlü medalyon kimidirlər.İnsanlara hansı tərəflərini göstərmələri duyğularına görə bəlli olur.

Ala gözlər

Ala gözlər bir- birlərindən   tonlarına görə çox   fərqlənirlər. Ala gözlü insanlar azad ruhlu, özünə inamlı və də plansız adamlardırlar. Sirli  şəxsiyyət kimi görünürlər. Şimali Avstraiya Universitetinin professoru Matthem Leach ala gözlü inanların gözlərindəki qarışıq rənglərin qaraçiyərin  sabit olmayan fəaliyyəti nəticəsində qana qarışan maddələrdən asılı olduğunu iddia edir.Məhz buna görə də ala gözlü adamlar həzm pozğunluğundan daha çox əziyyt çəkirlər.

Qəhvə rəngli gözlər     Belə  göz rənginə malik insanlarr xoş  xasiyyətlidirlər, insanlar onlara  güvənirlər. Onlar sadqi, incə ruhlu lakin əsla itaətkar olmayan insanlardırlar, açıq  gözlü insanlara nisbətdə iki saat az yatır, sabah durarkən əziyyət çəkirlər.   Yaşıl gözlər    Bu göz rənngi ətrafdakı başqa insanlara böyük təsir gücünə malikdir. Çox seksualdırlar. Qəhvə gözlülər kimi melanin homonu bol, mavi gözlülər kimi güclü və diqqətlidirlər. Çox təmkinlidirlər.Yüksək ilham sahibidirlər və təzyiq altında daha yaxşı işlər ortaya çıxara bilirlər.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...