Körpələrin göbəkbağından alınan qan yaşlı siçanları cavanlaşdırıb - İNANILMAZ KƏŞF
Müəyyən yaşdan sonra insan beyni ləng işləməyə başlayır. Bunun səbəbini araşdıran alimlər göbəkbağından alınan qanın tərkibindəki zülalın insanı canlaşdırdığını bildiriblər.
Onlar qeyd ediblər ki, daha əvvəl yeniyetmələrdən götürülmüş qan yaşlı siçanların yaddaşını və cəldliyini yaxşılaşdıra bilib. İndi isə son araşdırmalar nəticəsində məlum olub ki, körpə uşaqların göbəkbağından götürülmüş qan daha güclü cavanlaşdırıcı effektə malikdir.
Stenfordsk Universitetindən olan Cozef Kastellano həmkarları ilə birlikdə apardığı müşahidələr nəticəsində bu qənaətə gəlib. O, 3 müxtəlif yaş qrupundan olan insanlardan - körpələr, 22 yaşına qədər olan gənc insanlar və yaşı təxminən 66-ya qədər olan yaşlı nəsildən qan alıb. Eksperiment yaşı təqribən 50 yaşlı insana bərabər olan siçanlar üzərində aparılıb. İnsanlardan alınan qan plazmasını siçana yeritdikdən sonra ciddi dəyişikliklər müşahidə olunub.
Ən effektiv nəticə göbəkdən alınan qan plazmasının siçanlarda göstərdiyi dəyişiklik olub. Eksperimentdən sonra labirint şəkilli yola buraxılan siçanlar oradan çıxışı daha tez yadda saxlayıb və tapıb. Onların hərəkətlərində gözə çarpacaq dərəcədə cəldlik müşahidə olunub.
66 yaşa qədər olan insanlardan alınan nümunələr heç bir effekt verməyib.
Kastellano və komandası müəyyən edib ki, göbək nahiyəsindən alınan qanın plazmasında TIMP2 (kodlaşdırılmış protein) daha çoxdur. Tərkibində zülal olan plazma müəyyən yaş dövründən sonra ciddi şəkildə azalır. Bu səbəbdən körpələrdən alınan qanın tərkibində TİMP2 səviyyəsi çox yüksək olduğu üçün siçanların fiziki qabiliyyətini və beyin hüceyrələrini daha tez qidalandırıb. Eyni zamanda, siçanlarda itirilmiş bacarıqlar bərpa olub.
Qan plazmalarının idrak qabiliyyətinin yaxşılaşdırılmasına göstərdiyi təsir anlaşılmaz olaraq qalıb. Lakin alimlər qeyd edir ki, plazmanın şəffaf hissəsində yerləşən və rəngsiz mayenin tərkibində olan maddələr bəzən alzheimer xəstəliyinin inkişafını sürətləndirir.
Yaş dövrü ilə əlaqədar zülalın azalması idrak qabiliyyətinin zəifləməsinə səbəb olur. Alzheimer xəstəliyi ilə mübarizədə göbəkdən alınan qan plazmasının ağır dərman preparatlarından daha çox effektli ola biləcəyi düşünülür. Çünki zülal labaratoriya şəraitində daha tez və asan şəkildə sintezləşdirlir.
Qan plazmasının və dərman preparatlarının dəqiq tərkibi üzərində çalışan Kastellano və komandası iki üsuldan hansının beyinə daha tez və bərpaedici təsir göstərəcəyini araşdırır.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 989 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 964 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 953 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 952 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 949 dəfə oxunub