Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əfsanənin geri dönüşü - "Motorola" yenidən dünyanı və Azərbaycanı fəth edir

“Motorola” uşaqlardan tutmuş böyüklərədək hamının tanıdığı brendlərə aiddir. Onun inkişafının tarixi ümumiliklə bütün mobil sənayesinin inkişafının tarixi sayılır.

İlk dupleks kommunikasiya, avtomobil üçün ilk radiotelefon, ilk peycer, Ay astronavtlarını eşitmək imkanı verən səs verici – dünyanı al-üst edən “Motorola”nın dahi yeniliklərinin siyahısını sonsuzluğa qədər davam etmək olar.

Və nəhayət, dünyada ilk mobil telefonun yaradılmasının mənşəyində məhz “Motorola” durur. Əsaslarında müasir mobil avadanlıqlar işləyən protokol və texnologiyaların çoxu “Motorola” şirkəti tərəfdən icad edilib və patentləşdirilib. 

2011-ci ildə istehsal edilmiş dünyada ilk olan barmaq izi skanerli smartfon nəyə desəniz dəyər. 
Məcazi mənada deyərək, ilk dəfə “Motorola” smartfonu alan insan Şekspirin əsərlərini ömrü boyu ingilis dilindən başqa müxtəlif dillərdə oxuyub və yalnız indi dahi şairin əsərini orijinalda oxumaq fürsətini əldə edir. 

Məşhur Amerika brendi olan “Motorola” bir neçə seriya möhtəşəm smartfonlar: “Moto C”, “Moto E”, “Moto G”, “Moto Z” ilə yenidən dünya bazarına qayıdır. Hər sıra müxtəlif alıcılara aid, özünə məxsus bir neçə üstünlük və alıcı üçün cazibədar imkanlara malikdir.

“Moto C” smartfonlar sırasının əsas üstünlükləri - əlverişli qiymət və təklif edilən qızılı, albalı metallik, parıltılı qara korpus rəngləri ilə parlaq, yadda qalan dizayndır. Parlaq selfilər üçün bu smartfonlar 2-meqapikselli öz işıqlandırması olan ön kamera ilə təchiz edilib, həmçinin 5-meqapikselli Led Flash ilə əsas kameraya malikdirlər. 

“Moto E” modeli 5000 MAH həcmli akkumulyator sayəsində telefonu uzun müddət işlətmək imkanı vacib olan insanlar üçündür. Bu smartfonun bir neçə dəqiqə ərzində tez enerji yükləmə imkanına malik olan markalı şarj cihazı var. 1280x720 piksel ölçüləri ilə 5,5 düym displey dolğun rəngli şəklin əmələ gəlməsinə imkan verir. Barmaq izləri skaneri isə məlumatların təhlükəsizliyini təmin edir. 

“Moto G” smartfonlar sırası - Amerika brendinin bestselleri sayılır. Onlar “bütov metal dizayn”ı ilə xarakterizə edilir. Bu modellərin korpusları yüksək keyfiyyətli alüminiumdan hazırlanıb. 

“Moto Z” flaqmanını xüsusi olaraq qeyd etmək lazımdır. Modullu smartfonlar barədə çox danışılıb, yalnız “Motorola” maraqlı ekosistem yaradaraq onu müvəffəqiyyətlə kütləvi bazara daxil edə bilib. Modullar (Moto MODs) Z smartfonunu əsl fotokamera, yüksək dərəcəli səs gücləndirici, hətta portativ oyun konsolu və ya proyektora çevirir, həmçinin akkumulyator modulu 3-4 günlük avtonom rejimdə işlətmə imkanı verir. 

Uzun illər təcrübəsi, ən müasir texnologiyalar və əsl Amerika keyfiyyəti – “Motorola” smartfonları adlı ən dadlı təamın tərkib hissələridir. 

“Motorola” brendinin sahibi olan “Lenovo” şirkəti Moto-nu ən qısa zamanda “dünyanın ən yaxşı üç smartfon istehsalçılarından biri” sırasına qaldırmağı planlaşdırır. 

1997-ci ildən respublikamızın telekommunikasiya bazarında öz etibarlılığı və peşəkarlığı ilə məşhur olan “İnteqral” şirkəti Azərbaycanda “Motorola” məhsullarını təqdim edir. 
Bu gün “İnteqral” şirkəti 15 dünya brendinin (smartfonlar, iri və xırda məişət avadanlıqları) rəsmi distribütorudur. “İnteqral” Azərbaycanın bütün bölgələrini öz məhsulları ilə təmin edən güclü diler şəbəkəsidir. 

Onun mağazalar şəbəkəsi və servis xidməti ilə fəaliyyəti Bakı, Gəncə, Sumqayıt və respublikanın bütün bölgələrini əhatə edir. 20 ildən çoxdur ki, “İnteqral” şirkəti Azərbaycan istehlakçılarını dünya brendlərinin keyfiyyətli müxtəlif çeşidli məhsulları ilə tanış edir. 

“Motorola” telefonları haqqında daha ətraflı məlumat əldə etmək üçün *9292 qısa nömrəsinə zəng edə, eləcə də [email protected] elektron poçtu ilə əlaqə saxlaya və www.integral.az səhifəsinə daxil ola bilərsiniz.
Əfsanənin geri dönüşü: "Motorola" yenidən dünyanı və Azərbaycanı fəth edir - FOTO
Əfsanənin geri dönüşü: "Motorola" yenidən dünyanı və Azərbaycanı fəth edir - FOTO
Əfsanənin geri dönüşü: "Motorola" yenidən dünyanı və Azərbaycanı fəth edir - FOTO
Əfsanənin geri dönüşü: "Motorola" yenidən dünyanı və Azərbaycanı fəth edir - FOTO

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...