2018-ci ildə dəbdə olacaq rənglər və geyimlər - SİYAHI
Moda dünyasında hər il fərqli modellər və rənglər dəbdə olur. Dəblə ayaqlaşmaq bir qədər çətindir, amma tərzlə geyinməyə önəm verənlər il ərzində ən populyar rənglər və geyimlərdən yararlanmağa çalışırlar.
Mynews.az xəbər verir ki, son illər keçmişdən ilhamlanaraq yaradılan geyim tərzləri 2018-ci ildə də fərqli toxunuşlarla moda aləmində önə çıxacaq.
Qırmızı rəng bütün tonları ilə ilin ən populyar rəngi olacaq. Onun ardınca isə bənövşəyi, sarı və çəhrayi rənglər gələcək. Digər illərə nisbətən bu ilin qışında al-əlvan rənglər dəbdə olacaq.
2018-ci ildə rəngli, zərli və bəzəkli corablar tez-tez qarşımıza çıxacaq. Bu corabları açıq və hündür ayaqqabılarla yanaşı idman ayaqqabıları ilə də geyinmək mümkün olacaq.
İlin ən dəbdə olan parçası məxmər olacaq. Bu parçadan hazırlanan müxtəlif növdə və rəngdə geyimlər 2018-də qadınların garderoblarını bəzəyəcək.
Üst geyimlərdə isə qalın, olduqca geniş və ya qolları geniş olanlar üstünlük təşkil edəcək. Qolu geniş üst geyimlər isə 1980-ci illərin dəbini xatırladacaq. Bu geyimləri isə müxtəlif yazılar, naxışlar və qollarında saxta xəzlər bəzəyəcək.
Zolaqlı geyimlər bu il daha çox tünd rənglər üzərində görüləcək. Ofis geyimləri arasında isə kostyumlara keçən ildən nisbətən daha çox üstünlük veriləcək.
report//
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 953 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub