Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəlin bəyi toyda küçə ilə sürüdü - VİDEO

"Sən nə cürətlə məni aldadırsan?! Sən axı kimsən ki, məni ələ salırsan?!"

Bu sözləri qışqıraraq söyləyən gəlin toyda təzə bəyi küçə ilə sürüyüb.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Çinin Şanxay şəhərində yaşanıb.

26 yaşlı Min Szinpin toy günü təzə bəy Çjao Linlayı küçə ilə sürüyüb. Səbəb gəlinin səbr kasasının daşması olub.

Sən demə, Çjao Linlay hər dəfə toy gününü təyin edəndən sonra vaxtı dəyişib, toyu təxirə salıb. Son and-amanından sonra təyin edilmiş gündə isə o, nikah mərasiminə sərxoş gəlib, üstəlik toya da gecikib və əynində də adi, gündəlik geyim olub. Min Szinpin də qardaşlarının köməyi ilə Çjaonun biləklərini zəncirləyərək onu nikah sarayına doğru sürüyüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...