Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda daha bir ŞOK İFA - "Qonşunun qızı evə gec qayıdır, rəis onu oppalara aparır" - VİDEO

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Yoxdu belə söhbət" romantik-komediyasının qala gecəsində "Dədə-Baba" qrupunun ifası marağa səbəb olub. 

BAKU.WS-n məlumatına görə, qeyri-adi qala gecəsində Bakının Nizami küçəsində çadırda qurulub. 

Çadırda baş tutan fərqli qala gecəsində ifa maraqla qarşılanıb. Belə ki, mahnının sözləri fəqrli olub. Sözügedən mahnının mətnini təqdim edirik: 

“Filankəsin bacısı siqaret çəkir, 
Filankəsin oğlu sevir bir qadını. 
Qadın boşanıb, var iki övladı. 
Sadə ailənin qızı alıb özünə maşın, 
Yüz faiz kimsə var pullu yekə qarın, 
Qonşumuzun qızı evə işdən gec qayıdır, 
Yəqin ki, rəis onu oppalara aparır”. 

Qeyd edək ki, Gecədə ölkənin tanınmış aktyor və aktrisaları, incəsənət nümayəndələri və paytaxt sakinləri iştirak edib. 

Filmdə Emil Məcnun, Həsən Ağa, Günəş Mehdizadə, Tünzalə Qəhrəman baş rolları canlandırıblar. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...