Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ajda Pekkan Bakının mərkəzində gəzintiyə çıxdı - VİDEO

Türk musiqisinin divası Ajda Pekkan Bakıda gəzintiyə çıxıb.

Baku.ws-in məlumatına görə, Türkiyə musiqisinin əfsanəsi Fəvvarələr meydanında gəzərək Bakı haqqında məlumatlar öyrənib. Ətrafdan keçən insanların böyük marağına səbəb olan müğənni daha sonra restoranlardan birində yemək yeyib.

Müğənni sevənlərinə avtoqraf verməyi də unutmayıb.

Qeyd edək ki, məşhur müğənni Bakıya “Nargis magazine” jurnalının 5 yaşı münasibəti ilə səfər edib. Türkiyə musiqisinin əfsanəsi yanvar ayının 13-də Heydər Əliyev adına Sarayda konsert verəcək. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...