Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyanın ən təhlükəsiz avtomobilləri - VİDEO

Müstəqil qəza testlərinin keçirilməsi üzrə Avropa Təşkilatı (Euro NCAP) 2017-ci ilin ən təhlükəsiz avtomobilini müəyyənləşdirib.

Report-un xəbərinə görə, qiymətləndirmə nəticəsində 6 kateqoriya üzrə ən yaxşı avtomobillər seçilib.

Təşkilat nümayəndəsinin sözlərinə görə, testlərdə yeni və yenilənmiş 70-ə yaxın avtomobil modeli iştirak edib və qiymətləndirmə sərnişinlər (o cümlədən, azyaşlı sərnişinlər) və piyadaların təhlükəsizliyi baxımından aparılıb.

"Premium" kateqoriyasında “Volskvagen Arteon” ən təhlükəsiz avtomobil hesab edilib.

"Kompakt krossover" kateqoriyasında Volvo-XC60 modeli, "Mini krossover"lərdən - Volksvagen T-Roc testin qalibi olub.

"B" sinfində (kiçik avtomobil) “Volksvagen Polo”, “Kompakt” sinfində “Opel Crossland-X” birinci yeri tutub.

Ən təhlükəsiz "ailə avtomobili" isə “Subaru Impreza” və Subaru-XV modelləri müəyyən olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...