Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kişi qoxusu qadınlar üçün əvəzsiz dərmanmış...

Kanadada bir qrup psixoloq kişi qoxusunun qadınlarda stressi azaltdığını ortaya qoyub.

Moderator.az xəbər verir ki, araşdırmada 96 cütlük iştirak edib. Əvvəlcə kişilərə 24 saat ərzində təmiz köynəklər verilib, ətir qoxuları istifadə etməmələri və siqaret çəkməmələri tələb olunub.

Daha sonra eksperimentə qatılan qadınlardan, öz tərəfdaşlarının və ya digər kişilərin geyindiyi  köynəkləri iyləmələri xahiş edilib. Sonra qadınlar stress testindən keçirilib 

Nəticədə öz tərəfdaşlarının köynəklərini iyləyən qadınlarda stress hormonu olan “Kortizol” səviyyəsinin daha aşağı olduğu və yad bir kişinin köynəyini iyləyən qadınların isə  daha stresli olduğunu müəyyən olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...