Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ya-Sin surəsinin əvvəlindəki iki hərf hansı mənanı verir?

Mynews.az islam.az-a istinadən bildirir ki, Ya-Sin surəsi ərəb əlifbasının iki hərfi ilə ("ya" və "sin") başlayır. Ümumiyyətlə, Quranın 14 surəsinin əvvəlində 29 hərf müxtəlif kombinasiyalarda işlədilir. Bunlara "müqəttəə hərfləri" deyirlər. Digər müqəttəə hərfləri kimi "ya-sin" ifadəsinin də mənası barədə müxtəlif nəzəriyyələr mövcuddur. İslam.az-ın məlumatına əsasən, bunları Allahın diqqət çəkmək üçün işlətdiyi nida kimi qəbul edənlər, Allahın, Quranın və Peyğəmbərin ad və ləqəblərinə işarə kimi təqdim edənlər var. Bəzilərinin fikirncə, bunlar Allahla öz Peyğəmbəri arasında gizli sirlərin rəmzidir. Geniş yayılmış nəzəriyyəyə görə, Ya-Sin surəsinin əvəlindəki hərflər "ya seyyid" (ey ağa, ey başçı, rəhbər) ifadəsnin baş hərfləridir və Həzrət Mühəmməd Peyğəmbərə (s) işarədir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...