Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Seyidlik necə ötürülür?

Seyidlik necə ötürülür? Atası yox, anası seyid olan şəxs də seyid sayılırmı?

Seyidlik əsil-nəsəb vasitəsilə qazanılan bir şərəfdir. Həzrət Muhəmməd Peyğəmbərin (ə) ulu babası Haşimin nəslindən olanlar seyid sayılırlar. Daha dar mənada isə Peyğəmbərin (s) nəslindən olanlar, yəni Həzrət Fatimə (ə) ilə İmam Əlinin (ə) izdivacından doğulmuş övladların törəmələri seyid adlanır. Seyidlik ata xətti ilə ötürülür.

Mynews.az islam.az-a istinadən bildirir ki, seyid kişinin həm oğlu, həm də qızı seyiddir. Amma yalnız oğul öz övladlarına seyildiyi ötürür. Seyidlər üçün şəriətdə nəzərdə tutulmuş hökmlər də ata xətti ilə seyid olan şəxslərə şamildir. Atası yox, anası seyid olan şəxslər şəriət baxımından seyid sayılmırlar, onlara xümsdən seyid payı verilməz. Anası seyid olan şəxslərə ənənəyə uyğun olaraq "mirzə" deyilirdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...