Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həsədə, cadu və tilsimə qarşı dua

Xahiş edirəm mənə kömək edin. Ailəm arasında məni və qardaşlarımı gözü götürmüyən bir neçə şəxs var. Bunlar, ata-ana tərəfindən olan qohumlardır. Atam özü də bizə heç bir xeyir-dua diləməz. Çölə çıxmağımıza icazə vermədiyi kimi, bizimlə bir oyun-oyuncaq, lazımsız bir nəsnə kimi davranır. Və hər kim, bizimlə evlənmək istərsə, onu rədd edir.

Mənim xahişim, hər gün oxumağımın lazım olduğu Quran ayələrinin olub-olmadığı ya da mənə daha artıq şəkildə bu çətinliyimə dair açıqlama versəniz… Allah sizə yardımçı olsun… Həsədə (qısqanclıq/kəm göz) qarşı qoruyacaq bir şey mənə verə bilərsinizmi? Hətta atamın yoldaşı belə (ögey anam) atamı tilsimlədi və atam da bu səbəbdən bizə qarşı işgəncə etməkdə və onun hər dediyini etməkdədir. Və atam, bizlər nə istəyirik deyə heç sualda etmir. Ağam, Zəhra (s.ə) hörməti-izzətinə xatir sizdən soruşuram, xahiş edirəm mənə cavab verin və məni çox gözlətməyin. Və Rəsulullah (s.ə.a.s), İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə)-ın hörməti-izzətinə xatir, mənə kömək edin. Allah sizə xeyir və səhhət versin və sizə yardımçı olsun. Və sizi mükafatlandırsın.

Göndərən: N.H.

Cavab: Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun Aləmlərin Rəbbi olan Allaha. Allahım, Muhəmməd (ə) və Əhli-beytinə (ə), İmamlar (ə) və Mehdilərə (ə) rəhmət et.

Həsəd və cadu/tilsimi dəf etmək üçün, bir parça kiçik səfran götürün və kiçik bir miqdar suya atın ki, su ilə birgə rəngi qırmızımtıl olsun. Və bu suya Fatihə surəsini, İxlas/Qul Huvəllah surəsini, Fələq, Nas, Kafirun surələrini oxuyun. Və ağacın təmiz bir budağı ilə, səfranla ağ bir kağıza, Ayətəl-Kürsi, Kaf-Ha-Ya-Əyn-Sad (كهيعص), Ha-Mim-Əyn-Sin-Qaf (حمعسق), Nun vəl qələm və ma yəsturun (يسطرون وما والقلم ن), Yasin (يس ), Hâ-mîm (حم ), Əlif-Lam-Mim (ألم), Əlif-Lam-Ra (الر) və Fələq surəsi, Nas surəsini yazın. Daha sonra, bu kağızı götürüb 3 litrlik suyun içinə qoyun və bu su ilə qüsl edin. Qüsl etdikdən sonra suyu təmiz bir yerə tökün. Və inşaAllah, üç gündən daha qısa bir vaxtda, on min dəfə bu zikrdən sonra (“Subhanəhu Huvəllahul Vahidul-Qəhhar” – O, Subhandır (Hər şeydən münəzzəh). O, Allah; Vahiddir (Təkdir), Qəhhardır (Qəhr edəndir)” – Allah ayələrinin rəhməti/hikməti, tilsimlənmiş şəxsin üzərindən cadunun batil edilib getməsinə vəsilə olacaqdır. Və Ayətül-Kürsi ilə Fələq surəsini oxumağı, xüsusilə gün çıxan və gün batan vaxtlarda davamlı olaraq təkrar edin ki, həsədi aradan aparsın və beləcə, Allahda (c.c.) sizə haqqı bilməkdə və onun ardınca getməkdə sizə müvəffəqiyyət nəsib etsin. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

Əhməd əl Həsən əl Yəmani (ə)

Zilhiccə/1430 Hicri-Qəməri

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...