Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kişi ilə qadın arasında 4 aydan artıq yaxınlıq olmayıbsa

Kişi ilə qadın arasında dörd aydan artıq müddət ərzində yaxınlıq olmayıbsa, onlar boşanmış (talaqlı) sayılırlar?

Şəriətə görə kişi ilə qadın arasında kəbin kəsilmişsə, bu kəbin yalnız şəriətin nəzərdə tutulduğu hallarda pozulmuş sayıla bilər. Kəbinin pozulması üçün ya kişi qadına talaq verməli, ya kişi vəfat etməli (itkin düşməli), ya şəriətdə nəzərdə tutulmuş şəkildə (bəzi xəstəliklər və ya başqa səbəb üzündən) kəbin etibarsız sayılmalı, ya da şəriət hakimi öz hüququndan istifadə edərək kişinin adından qadına talaq oxumalıdır.

Mynews.az islam.az-a istinadən bildirir ki, bu hallar xaricində kəbin pozulmuş sayılmaz və qüvvədədir. Kişinin öz cavan həyat yoldaşı ilə yaxınlığı dörd ay təxirə salması bəyənilmir. Kişi üzrsüz olaraq bu cür davransa günah etmişdir, amma bu hal talağın gerçəkləşməsinə səbəb olmaz. Ər-arvad arasında yaxınlıq illər uzunu baş tutmasa belə, yenə kəbin öz qüvvəsindədir. Qadın bu vəziyyətdən narazıdırsa, kişidən talaq istəyə bilər, əgər kişi razı olmasa, qadın şəriət hakiminə talaq üçün müraciət edə bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...