Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Memarlıq dünyasında bir ilk: Beton borularda iki nəfərlik evlər - FOTOLAR

Çin Xalq Respublikasının xüsusi bölgəsi olan Honkonqda beton borulardan hazırlanan iki nəfərlik evlər memarlıq dünyasında xüsusi marağa səbəb olub.

Mynews.az xarici mediaya istinadən xəbər verir ki, diametri 2.5 metr olan beton boruya, iki nəfərin rahat yaşaması üçün bütün lazımı avadanlıqlar yerləşir.

Bu cür borular həm tək, həm də bir neçə borunun üstü üstü birləşməsi nəticəsində, yəni beton boru binası kimi istifadə oluna bilər. Bu cü tikililərdən ən çox əhalisi çox olan şəhərlər istifadə edə bilər. Beton boru evinin sahəsi təxminən 10 kvadrat metr təşkil edir. Kiçik olmasına baxmayaraq, mini soyuducu, duş, qonaq otağı, çarpayların saxlanması üçün yer və.s bir sözlə rahatlığı təmin edəcək avadanlıqlarla təchiz olunub. Bu cür beton boru mənzillərin qiymətinin də ucuz olması nəzərdə tutulub. Qiymətin ucuz olması onların tezliklə istifadə və hamı üçün əl çatan olmasına şərait yaradır. Bu cür beton boru evlərinin şəhərin istənilən məkanında qurmaq olar.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...