Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyanın ən uzun və ən qısası - FOTOLAR

2,5 metrlik türklə 62 sm boyu olan hind Misirin turizmini canlandırmağa çalışacaq

Dünyanın ən uzun adamı ən qısaboylu ilə bir araya gəldi. İstiPress-in məlumatına görə, Türkiyənin Mardin şəhərindən olan Sultan Kösen ən qısa boylu adına sahib olan hindistanlı qadınla görüşüb. Jyoti Amge ilə görüş Misirdə, priamidaların önündə olub.

Görüş Misir tərəfinin təşəbbüsü ilə baş tutub. Məqsəd ölkənin turizm sahəsinin reklamı olub. Misir Turizmini İnkişaf etdirmə heyətinin məlumatına görə, dünyanın ən uzun adamı ilk dəfədir bu ölkəyə gəlir, turizmə dəstək üçün artıq Qahirədə turistik bölgələrdə gəzintiyə başlayıb. Səfər 4 gün davam edəcək. 

Misir bir neçə il öncə ölkə prezidenti Hüsnü Mübarəyin devrilməsi ilə nəticələnən inqilaba qədər hər il turizmdən 11 milyard dollar gəlir qazanırdı. 2015-ci ildə bu vəsair 6,1, 2016-da isı 3 milyarda qədər düşüb. 

Xatırladaq ki, Kesenin boyu 2 metr 51 santimetr, Amgeninki isə cəmi 62 sm-dir. 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...